Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi

Dünya şöhrətli məşhur müğənni Cennifer Lopez, keçmiş əri Ben Affleck ilə birgə aldığı villasının satış qiymətini 68 milyon dollardan 60 milyon dollara endirdi.

 

Boşanandan sonra  maddi əlaqələrini tez bir zamanda kəsmək istəyən Affleck uzun müddət müğənniyə endirim üçün təzyiq göstərib. Müğənninin 8 milyon dollarlıq endirim etməsi onun villanı zərər ilə satacağını göstərir.

Yenifikir.media