
BAŞ REDAKTORDAN
Sevgili, istəkli, sayğılı dostlarımızın hər birini, bizi oxuyacaq, izləyəcək oxucularımızın hamısını, təzəcə ayaq açıb mətbuat ünvanına qoşulacaq Yenifikir.media saytının nəşri münasibətiylə təbrikləyirəm. Sizlərə uzun ömür, can sağlığı, ürəyinizcə, düşüncənizlə üst-üstə düşən, sanballı yazılar, xəbərlər, müsahibələr oxumağınızı və oxuyacağınızı arzulayıram.
Bəri başdan "Yenifikir.media" saytının qeydiyyata alınması üçün «Media Agentliyi»nin bütün əməkdaşlarına, qələm dostlarımızın hər birinə, şəxsən, Agentliyin sədri Əhməd İsmayılova dərin təşəkkürümü və razılığımı bildirirəm.
Ümidvar oluruq ki, mətbuat orqannarının bolluğu içində nəşrinə başladığımız bu Onlayn Mediya strukturunda diqqətinizi çəkəcək xəbərlərlə yanaşı müsahibələr, araşdırmalar, tariximizin çox dərinniklərinnən gələn xəbərlər oxuyacaqsınız.
İndilərdə bərkimiş, bütövləşmiş milli dövlətçilik gələnəklərimiz, milli-əxlaqi-etnik dəyərlərimiz, dini-irfani üstünlüklərimiz, tarixi və keçilmiş milli şəcərəmiz əsasında formalaşan informasiyalar əsasında yola çıxacaq. Türklər tarixi yaradıb, ama yazmayıb kimi fikir də mövcuddu. Bu-böyük fransız hüquqşünası, alimi Monteskyonun sözudu. O, qeyd eləyir ki, türklər tarixin yaddaşına hopmuş səkkiz imperiya yarada bilib, neçəsi də tarixin yadaşınnan çıxıb. Gözəl. Amma biz deyə bilərik ki, türklər tarixi yazıb, həm də. Sözün də, sözün nüvəsində müdrikcəsinə yazıb.
Bir-iki xırda misal. «Qaraçöp» -indi qonşu Gürcüstanda soydaşlarımızın yaşadığı bölgədi. Böyük çöl dövlətlərinin davamı, uzantısıdı. Qədim türklər çölə «isitip» deyərdilər. Çöllər, torpaq isinməyincə isə-başlamazdılar. Elə rusun «step» sözü də burdandı, dilindəki sözlərin qırx faizinnən çox-çoxu, türkizmlərdi. Step, isitip ifadəsi Qaraçöpdə, Qaziyantep şəhərində qorunub.
Ermənilərin Sevan, Ararat, Sisiokan, Ağsak dedikləri və sair dilinin, toponiminin 90 faizi türk leksikonudu. Bu misallar çoxdu, vaxtaşırı «Bulaq» verilişində izahlamışıq. Əlbəttə Yenifikir.media saytımızda deməyə sözlərimiz, xəbərlərimiz çox olacaq. İnşallah!
Bir müəllif, saytımızın təsisçisi,baş redaktoru kimi özüm haqda oxucularımız, izləyicilərimiz üçün qısa yaddaş olsun deyə, deyim ki, yaşımın səksənə çathaçat zirvəsindəyəm, hər birinizə yüz il səmərəli ömür sürməyinizi arzulayıram.
1972-ci ildə APİ-nin filaloji fakültəsini bitirmişəm. İlk ədəbi, publisistik yazılarım, şeirrərim APİ-nin o zamankı «Gənc müəllim» qəzetində işıq üzü görüb. O vaxt ali məktəbi təmsil eləyən «Gənc müəllim» qəzeti, mübaliğəsiz deyim ki, o dövrdə də, elə indinin özündə də nəşr olunan qəzetlərin çoxunnan səviyyəcə yaradıcı mühitinin rəngarəngliyi baxımınnan üstüniydi. Yaradıcı tələbələrin hər biri qəzetin ərsəyə gəlməsində bir başa iştirakçıydı, əməkdaş kimi özlərini sübut eləmiş tələbələriydi. İndi o tələbələrin çoxu ölkənin tanınmış ziyalıları, elm-təhsil adamları, şair-yazıçılarıdı. Bir də deyim ki, şəxsən mən, yaşımın bu çağında da müxbirriyə, qəzet-jurnal redaksiyalarında çalışmağı dünyanın və həyatımın ən ali məqamı, yüksək fəaliyyəti hesab eləyirəm.
Sonradan araya ayrılılıxlı illər düşsə də, erməni deportasiyasınnan sonra da həyatımı, iş fəaliyyətimi mətbuatımızla bağladım. Bir çox qəzet-jurnallarda işə başladım. 1989-cu ildə nəşrə başlayan «Yeni Fikir» qəzetinin əməkdaşı, sonra baş redaktoru kimi irəli çəkildim. 30 ili arxada qaldı.
Otuz bir ildi ki,Azərbaycan Radiosunun 56 yaşlı "Bulaq"verilişində tarixi,etnoqrafik,milli-mifoloji bilikləri zənginləşdirən ssenarilərin müəllifiyəm.
Bu sözlər özümü tərif üçün deyil, bu müqəddəs peşənin vurğunu olduğum üçündü. Bir neçə şeir kitabının, bir-iki publisist nəşrin, o cümlədən xalqımızın böyük oğlu, dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu Əziz Əliyevin həyat fəaliyyətinnən bəhs edən monoqrafiyanın müəllifiyəm. Yaşımın bu çağında yenidən mətbuata qayıtmağım tale işidi, desəm yerinə düşər.
Yenifikir.media ilə oxucuların görüşünə gəlməyim, 36 il əvvəl nəşrə başlamış və cəmi dörd il yaşamış "Yeni Fikir" qəzeti ilə bu yaşda yollarımızın yenidən kəsişməsidir. Bu, həyatın qəribə yozumudur. Həm də bir qismətdir. Saytın adını yenifikir.media seçməyimiz də göründüyü kimi heç də təsadüfi deyil. Bu sayt vasitəsilə 36 il əvvəl qismən yarımçıq qalmış yazılarımı oxucuların ixtiyarına verməyi də özümə vacib bilmişəm.
Azərbaycan xalqı dünyaya böyük ədəbi-elmi dühalar bəxş eləmiş xalqdı. Yeridi deyim ki, biz kitabı olan xalqıq, xalqlar iki qismə ayrılır, kitabı olan və olmayan xalqlar. Bizlərin ilk kitabları daşlara, qayalara yazılmış kitablardı. Orxun-Yenisey-Tanyukuk və digər abidələrdə hələ də sirri açılmamış, dünyanı heyrətə gətirəcək xəzinələr, xəbərlər, informasiyalar qalır. Xəbər təkcə indiki annamda annadığımız kriminallar görgülər, elanlar, olacaxlar deyil, həm də.
İndilər – bu yaşadığımız günlər Azərbaycan mətbuatının atası sayılan "Əkinçi" qəzetinin nəşrinin 150 illiyinə təsadüf edir. Bu əlamətdar tarixi Milli Mətbuat Günü kimi tarixləşdirmiş, bayramlaşdırmışıq. Qutlu olsun! Fürsətdən istifadə edərək ölkə başçısı, cənab İlham Əliyevə yaradıcılığıma verdiyi dəyər və mətbuatın bu yubiley yaşında məni "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etdiyi üçün xüsusi təşəkkürümü bildirirəm.
Əkinçinin yaradıcısı ilk jurnalistlərimizdən sayılan Həsən bəy Zərdabinin ruhu şad olsun. O, böyük kişi «Əkinçi» qəzetinin nəşriylə xalqımızın mənəvi həyatında yeni bir pəncərə açdı. Böyük qələm adamlarını, yazıçıları, mütəfəkkirləri bir araya gətirdi. M.Axundov, N.Vəzirov, S.Ə.Şirvani, Ə.Gorani, hər birinin ruhları söyünsün.
Əkinçinin nəşriynən həyatımıza, ədəbiyyatımıza sağlamlıq gəldi. Dini-xürafat düşüncəsinnən xilas olmada misilsiz işlər görüldü. Suverenlik və maarifçilik ideyası yarandı. Bu yol bu ideya hələ çox-çox uzaqlardan gəlirdi. Fransız tədqiqatçı Mentoskyo demiş, imperiya və dövlətçilik gələnəklərimizdən gəlirdi. Rus-çar sistemi, basqısı altında olsa da Bakı-İrəvan-Tiflis-Şuşa kimi mədəni mərkəzlərimizdə bərkiyə-bərkiyə gəlirdi.
Yeridi deyək ki, indilər dövlətimizin, dövlətçiliyimizin xeyli yüksəldiyidi, müstəqilliyimizin, suverenliyimizin bərkişdiyidi, torpaqlarımızın bərpa və bütövlüyü vaxtıdı. Hələ qabaqda da görüləsilər çoxdu. Deyir dəvə uzağı ottar, yaxını qoruq bilib saxlar, uzaqlara, qədim doğma, halal yurdara doğru yollar qabaqdadı.
Qalxdı köç eylədi Avşar elləri,
Dağ başınnan aşan yollar bizimdi.
Kirmanidi, qılıncımız kirmanı
Dağı dələr mizrabımın təmrəni
Haqqımızda padşah vermiş fərmanı
Fərman padşahındı, dağlar bizimdi
Belə hesab eləyirəm ki, nəşrinə başladığımız Yenifikir.media saytı yeni, həm də strateji vaxtımızın sözünü, informasiyasını, xəbərlərini çatdıracaq bir mediya orqanı olacaq. Bu yolda hər birimizə uğurlar.
Yenifikir.media saytının baş redaktoru
Əməkdar jurnalist T.Talıblı
Son Xəbərlər
Ukraynaya zəmanət planı: Trampın “NATO-suz” və “atəşkəsli” formulu
Türkiyənin cənnəti Tekirdağ
Alyaskada Putin–Tramp görüşü: Gələcək danışıqların istiqaməti müəyyənləşəcək
Şair Kəramət Şükürovun küçədə meyidi tapılıb
Şair Məmməd İsmayıl palataya köçürülüb.
Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib
Azərbaycanda talassemiya xəstəliyi aşkarlananların sayı artıb
Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə müraciət edib