Pınar Altuğun yoga götüntüsü gündəm oldu

Tanınmış türk aktrisa və televiziya aparıcısı Pınar Altuğun müəllimi ilə birlikdə yoga məşq görüntüsü sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Bir izləyicisinin “Yağmur bəy qısqanırmı?” sualına Altuğ “Niyə qısqanmalıdır ki!” cavabını verib.

1994-cü ildə Miss Turkey seçilən Pınar Altuğ, “Çocuklar Duymasın” serialı ilə yadda qalıb. Onun həyat yoldaşı Yağmur Atacan ondan doqquz yaş kiçikdir və cütlüyün “Su” adlı bir qızı var.

Bir neçə gün əvvəl  Pinar Altuğ-un avtomobil qəzasında həyatını itirdiyi barədə yayılan əsassız xəbərlərə də reaksiya verib. O, sağlam olduğunu bildirərək, xəbərlərin hüquqi nəticələrinin olacağını qeyd edib.

 

Yenifikir.media