
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,
Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım.
Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.
Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuş əhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.
Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddi sınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlər əldə etməsindən sonsuz qürur duyuruq.
Hörmətli İlham Heydər oğlu,
Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycan xalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tam gerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasına deyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinə etibarlı əsas yaradır.
Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".
Yenifikir.media
Son Xəbərlər
Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi
Rusiyadan Qərbə sərt mesaj: “NATO barış qüvvəsi olmayacaq”
ABŞ-ın qırmızı xətti : 4 nəfərə sanksiya
Tarixi bilməyənlər susmalıdır, ya da şərəfsizlik etməməlidir.
Pınar Altuğun yoga götüntüsü gündəm oldu
Ədalət Verdiyev: "Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Victor Nelsson Hellas Veronaya transfer olacaq