
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan telefon danışığında əsas müzakirə mövzusu Ukrayna-Rusiya münaqişəsi olub. Bu cür diplomatik təmaslar müharibənin gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır.
Yenifikir.media-ya açıqlamasında tanınmış hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırkı vəziyyətdə ABŞ Ukraynaya birbaşa yardımını dayandırmaq barədə bəyanatlar verir və göstərilən dəstəyin maliyyə yükünü Avropa dövlətlərinin üzərinə qoymağa çalışır. Onun sözlərinə görə, Ukraynada artıq silah-sursat qıtlığı müşahidə olunur və bu, döyüş meydanında ölkənin imkanlarını məhdudlaşdırır.
Ədalət Verdiyev qeyd edib ki, Rusiyanın irəli sürdüyü şərtlər kifayət qədər ağırdır. Moskva Krım, Donetsk və Luqansk vilayətlərini tamamilə öz nəzarətində saxlamaq, həmçinin Ukraynanın NATO-ya heç vaxt üzv olmayacağına dair zəmanət əldə etmək istəyir.
Ekspertin fikrincə, mövcud şəraitdə Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatı keçirmək imkanları yoxdur. Ayrı-ayrı lokal əməliyyatların mümkünlüyü istisna edilmir, lakin ümumilikdə ərazilərin azad edilməsi istiqamətində real perspektivlər məhdud görünür.
“Ehtimal olunur ki, Donald Trampın hakimiyyətə qayıdışından sonra, çox qısa bir müddətdə – hətta bu ayın sonuna qədər belə – Rusiya və Ukrayna arasında hansısa razılaşmaya nail olunması mümkündür. Lakin burada şərtləri diktə edən tərəf Rusiyadır. Ukraynanın isə Moskvanın tələbləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”, – deyə ekspert vurğulayıb.
Ədalət Verdiyevin sözlərinə görə, diplomatik danışıqların nəticə vermə ehtimalı böyükdür, lakin əldə olunacaq razılaşma daha çox Ukraynanın maraqlarına zidd olacaq. Buna baxmayaraq, hazırkı şəraitdə Kiyevin alternativi yoxdur.
Yenifikir.media
Son Xəbərlər
Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi
Rusiyadan Qərbə sərt mesaj: “NATO barış qüvvəsi olmayacaq”
ABŞ-ın qırmızı xətti : 4 nəfərə sanksiya
Tarixi bilməyənlər susmalıdır, ya da şərəfsizlik etməməlidir.
Pınar Altuğun yoga götüntüsü gündəm oldu
Ədalət Verdiyev: "Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Victor Nelsson Hellas Veronaya transfer olacaq