
Bu gün: “İsrail uşaq qatilidir”, — deyə qışqıranların əksəriyyəti nə tarixi bilir, nə də ədalətin nə olduğunu...
Unutmayın, bir xalqı ittiham etməzdən öncə o xalqın çəkdiklərinə baxın! Yəhudilər tarix boyu dünyanın ən qəddar zülmlərinə məruz qalıblar.
Onlar Avropanın küçələrində təqib olunub, yandırılıb, diri-diri qaz otaqlarına atılıblar.
Hitler əmr etmişdi:
“Beşikdəki yəhudi uşağını da güllələyin!”
Çünki onun düşüncəsinə görə yəhudi doğulursa, o yaşamağa layiq deyil.
6 milyon insan — içində minlərlə uşaq — bu qərarın qurbanı oldu. Amma dünya susdu. Avropa susdu. İslam dünyası da susdu.
Lakin sağ qalan yəhudilər susmadılar!
Çünki onların mübarizəsi sadəcə torpaq deyil, həm də sağ qalmaq uğrunda idi.
Qürurlu duruşla dağıdılmış millətdən dövlət qurdular.
İndi bu xalq yenidən terrora, raketə, intihara sinə gərir.
Uşaq qatili kimdir? Öz xalqını qalxan edənlər, yoxsa uşaqlarını qorumaq üçün dəmir qübbə quranlar? Bax budur cavab. Tərəzini düz tut, insanlığını unutma.
Tarix boyu məzlum olmuş bir xalqı, cəhalətlə zalım adlandırmaq həm vicdansızlıqdır, həm də rəzillik. Sözüm odur ki, tarixi bilmədən danışmaq susmaqdan daha təhlükəlidir. Çünki susmaq səssiz qalmaqdır, amma cəhalətlə danışmaq zəhər yaymaqdır.
Tural Qoca
Yenifikir.media
Son Xəbərlər
Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi
Rusiyadan Qərbə sərt mesaj: “NATO barış qüvvəsi olmayacaq”
ABŞ-ın qırmızı xətti : 4 nəfərə sanksiya
Tarixi bilməyənlər susmalıdır, ya da şərəfsizlik etməməlidir.
Pınar Altuğun yoga götüntüsü gündəm oldu
Ədalət Verdiyev: "Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Victor Nelsson Hellas Veronaya transfer olacaq