
Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva “Rada” telekanalına açıqlamasında bildirib ki, təhlükəsizlik zəmanətləri müəyyən edilmədən Rusiya ilə sülh məsələlərinin müzakirəsi mənasızdır.
O vurğulayıb ki, həm Ukrayna, həm də Avropa və ABŞ tərəfdaşları üçün bu zəmanətlərin konkret məzmunu aydın olmalıdır. Əks halda davamlı sülh barədə danışıqlar aparmaq mümkün deyil.
Jovkvanın sözlərinə görə, zəmanətlər hərbi və siyasi xarakter daşımalı, Ukraynanın hazırkı sayda ordusunu saxlamaq hüququnu və ölkənin Avropa İttifaqına üzvlüyünü təmin etməlidir. O, Avropa ölkələrinin hərbi kontingentlərinin Ukraynada yerləşdirilib-yerləşdirilməyəcəyi məsələsinə isə toxunmayıb.
Qeyd edək ki, bundan əvvəl Estoniyanın baş naziri Kristen Mixal və Litvanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Dovile Şakalene Ukraynaya hərbi qüvvə göndərməyə hazır olduqlarını açıqlamışdılar.
Yenifikir.media
Son Xəbərlər
Dünya şöhrətli müğənni evi üçün 8 milyon dollar endirim etdi
Rusiyadan Qərbə sərt mesaj: “NATO barış qüvvəsi olmayacaq”
ABŞ-ın qırmızı xətti : 4 nəfərə sanksiya
Tarixi bilməyənlər susmalıdır, ya da şərəfsizlik etməməlidir.
Pınar Altuğun yoga götüntüsü gündəm oldu
Ədalət Verdiyev: "Ukraynanın Rusiyanın şərtləri ilə razılaşmaqdan başqa çıxış yolu qalmır”
Hikmət Hacıyev Türkiyə səfiri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Victor Nelsson Hellas Veronaya transfer olacaq