Özcan Deniz-dən həyat yoldaşına sevgi etirafı - "Mutlu yaşların olsun canım benim”

Ailə problemləri ilə gündəmdən düşməyən məşhur müğənni Özcan Deniz həyat yoldaşı Samar Dadgarın doğum gününü sosial şəbəkədə qeyd edib.

Müğənni paylaşdığı fotoya “Mutlu yaşların olsun canım benim” sözlərini yazaraq “Bir yanaktan bir dudaktan” mahnısını əlavə edib. Daha sonra başqa bir fotoda isə “Həyat yoldaşım” mahnısı ilə birlikdə belə yazıb:

“Keçən hər il daha çox dəniz, daha çox yasəmən, daha çox bahar, daha çox yağış və daha çox dərinlik. Yaxşı ki doğuldun, sevgilim.”

Samar Dadgar da Özcan Denizlə fotosunu paylaşaraq ərinə səslənib:

“Sən mənim qəlbimsən, xəbərin var? Artıq 31 yaşım olur, bəli. (Amma hələ 3 gün var, erkən təbrik).”

  

Yenifikir.media