Okan Burukdan Mourinyoya cavab - "Önəm vermədim"

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk, Jose Mourinyonun “Oyunu 1 dəqiqə izləməyim yetdi” sözlərinə reaksiya verib. TV100-ə açıqlama verən Buruk, “Çox da diqqətə almadım, önəm vermədim. Orada ciddi bir vəziyyət yox idi. Hətta Torreiranın ayağına basıldı, qırmızı vərəqə də verilə bilərdi” deyib.

Türk mütəxəssis əlavə edib: “Bu mövzunu uzatmaq lazım deyil. Əlini uzatsa, mən də uzadaram. Həyatımda heç kimə qarşı kin saxlamamışam.”

Yenifikir.media