Tramp :- "Ukrayna daha çox torpaq əldə edəcək"

Amerikanın Fox televiziyasına canlı yayımla qoşulan Donald Trump, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenskiy arasında ikili görüş planına dair açıqlama verib. Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, Tramp Ukraynanın daha çox torpaq əldə edəcəyini də bildirib.

Trump deyib: "Putin və Zelenskiy ilə bunu mən təşkil etdim. Qərar onlara aiddir. Biz 7 min mil uzaqdayıq. İşlər yolunda getsə, üçlü görüş təşkil edib yekunlaşdıracağam."O əlavə edib ki, Putin və Zelenskiy gözlədiyimdən daha yaxşı anlaşırlar və aralarındakı böyük düşmənçiliyə baxmayaraq dialoq davam edir.

Trump həmçinin bəzi Avropa liderlərinin Rusiya-Ukrayna müharibəsini tez bitirmək istəmədiyini qeyd edib. Bir liderin "bir-iki ay sonra görüşək" təklifinə cavab olaraq bildirib: "Bir-iki ay? Bu müddətdə 40 min insan ölər. Görüşü bu axşam təşkil etməliyik."

Yenifikir.media