
ABŞ uzun illərdir regionun güc balansını və strateji maraqlarını müəyyənləşdirən əsas aktorlardan biri olaraq qalır. Son dövrlərdə Prezident Donald Trampın keçirdiyi görüşlər də bu fəallığın bariz göstəricisi kimi qiymətləndirilir. Belə ki, Tramp əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar apararaq Dağlıq Qarabağ münaqişəsi və bölgədə sülhün bərpası məsələlərini gündəmə gətirib. Daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək postsovet məkanında təhlükəsizlik və sabitlik problemlərinə diqqət yetirib. Bu ardıcıllıq Vaşinqtonun siyasətinin yalnız münaqişələrin həllinə deyil, həm də öz strateji maraqlarını qorumağa xidmət etdiyini göstərir.
Milli Məclisin Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri, Millət vəkili Arzu Nağıyev yenifikir.media-ya açıqlamasında bildirib ki, Donald Tramp seçki kampaniyası zamanı müxtəlif regionlarda münaqişələrin dayandırılması ilə bağlı vədlər verib və bununla bağlı konkret bəyanatlar səsləndirib.
Onun sözlərinə görə, bu vədlərin sırasında Suriya, İraq, Rusiya–Ukrayna münaqişələri ilə yanaşı, Cənubi Qafqaz məsələləri də mühüm yer tuturdu. Tramp administrasiyası həm Gürcüstan, həm də Azərbaycan–Ermənistan münaqişəsi ilə bağlı aydın mövqeyini ortaya qoymuşdu.
Qısa müddət ərzində verilən bəyanatların praktik addımlara çevrildiyi müşahidə olundu. İsrail–İran qarşıdurması dövründə Vaşinqtonun fəallığı, ardınca Qarabağ məsələsində göstərdiyi təşəbbüslər ABŞ-ın bölgədə təsirini artırmaq niyyətini nümayiş etdirdi. Son proseslər isə yeni mərhələnin başlanğıcından xəbər verir.
ABŞ-ın regiona marağı yalnız siyasi deyil, həm də iqtisadi xarakter daşıyır. Münaqişələrin aradan qaldırılması və sabitliyin təmin olunması Vaşinqtona yeni layihələr həyata keçirmək, strateji resurslara çıxış əldə etmək imkanı verir. Bundan əlavə, bu addımlar ABŞ-ın qlobal güc statusunu bir daha nümayiş etdirməsi üçün yeni platforma rolunu oynayır.
Trampın açıqladığı təşəbbüslər, Ermənistan rəhbərliyi ilə aparılan danışıqlar, eləcə də Alyaskada keçirilən görüşlər göstərdi ki, ABŞ bölgədə artıq öz siyasi hədəflərini reallaşdırmağa başlayıb.
Əhəmiyyətli məqamlardan biri də odur ki, Vaşinqton vasitəçi rolunu gücləndirməklə Moskvanı regiondakı proseslərdən kənarlaşdırmağa çalışır. Rusiyanın uzun illər davam etdirdiyi vasitəçilik missiyasını ikinci plana keçirmək ABŞ-ın əsas hədəflərindən sayılır.
Bununla belə, ABŞ nə Ermənistanı, nə də Azərbaycanı dəstəkləyir. O, bütövlükdə Cənubi Qafqaz kontekstindən yanaşaraq balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bu isə sülh və sabitliyin təmin olunması baxımından müsbət addım kimi qiymətləndirilir.
Azərbaycan ABŞ üçün enerji təhlükəsizliyi istiqamətində mühüm tərəfdaş hesab olunur. Vaşinqton bu sahədə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır və Avropanın illərdir həyata keçirə bilmədiyi təşəbbüsləri reallaşdırmaq niyyətindədir.
Nəticə etibarilə, ABŞ-ın Cənubi Qafqazda artan rolu həm geosiyasi, həm də iqtisadi maraqların vəhdəti üzərində qurulub və yaxın perspektivdə regionun siyasi gündəminə mühüm təsir göstərəcək.
Yenifikir.media
Son Xəbərlər
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb
Xəlifə Həftər oğluna vəzifə verdi
Alyaskanı dünyaya tanıdan pişik Mer: Stubbs
Özcan Deniz-dən həyat yoldaşına sevgi etirafı - "Mutlu yaşların olsun canım benim”
Qürbətdə yaşayıb, vətəndə əbədi qalan şair – Məmməd İsmayıl
Vaşinqton Moskvanı sıxışdırır – ABŞ-ın Qarabağ və region planları- Arzu Nağıyevin şərhi
Tramp :- "Ukrayna daha çox torpaq əldə edəcək"
Müharibələr təsadüf deyil. Bu, qlobal sistemin acı, amma planlı təmizləmə mexanizmidir