"Benfikanı rədd etdim" - Semedo

Yeni transfer Nelson Semedo, UEFA Çempionlar Liqasının Play-off mərhələsi çərçivəsində qarşılacaq Fənərbaxça Benfika  oyunu öncəsi mətbuat konfransında açıqlama verib.

Futbolçu bldirib ki, Fənərbaxçaya gəlməzdən əvvəl Benfika onun transferi ilə maraqlanıb, lakin o, Portuqaliya klubunu rədd edərək Fənərbaxçayı seçib.

“Benfika məni Fənərbaxçadan əvvəl istədi. Mən hər zaman dürüst olmuşam və düşündüklərimi söyləmişəm. 31 yaşım var, amma fiziki olaraq yaxşı vəziyyətdəyəm və qarşıda illərim var. Fənərbaxça çox xüsusi bir klubdur və Mourinyonun burada olması mənim üçün önəmli idi. Qərarımdan çox məmnunam,” — deyə Semedo bildirib.

Yenifikir.media