
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddəki divarın qara rəngə boyanmasını istəyir. Onun sözlərinə görə, divarın səthi günəş altında isinərək daha da qızacaq və bu, ora dırmanmağı çətinləşdirəcək. Yenifikir.media xəbər verir ki,Daxili təhlükəsizlik naziri Kristi Noem mətbuat konfransında bildirib ki, işçilər artıq divarın bir hissəsini rəngləməyə başlayıblar.
“Biz bütün sərhəd divarını qara rəngə boyayacağıq”, – deyə Noem vurğulayıb.
Bundan əvvəl Donald Tramp ABŞ hərbçilərinə terrorçulara qarşı hava zərbələrini Ağ evin əvvəlcədən təsdiqi olmadan həyata keçirməyə icazə vermişdi. Söhbət rəsmi olaraq terrorçu kimi tanınmış hədəflərdən gedir. Pentaqonun anonim nümayəndəsi bu qərarın ordunun səlahiyyətlərini və müstəqilliyini artırdığını, həmçinin terrorizmə qarşı mübarizənin effektivliyini yüksəldəcəyini bildirib. Əmr, ABŞ qoşunlarının Meksika sərhədinə göndərilməsi və bir sıra narkokartellərin xarici terrorçu təşkilatlar kimi tanınması fonunda verilib.
Bundan əvvəl Meksika, ABŞ-ın hərbi təyyarəsini qəbul etməkdən imtina etmişdi. Təyyarənin qeyri-qanuni miqrantları daşıması nəzərdə tutulurdu. Bu insident Tramp administrasiyasının deportasiya planlarını müvəqqəti olaraq çətinləşdirmişdi.
Yenifikir.media
Son Xəbərlər
“Eko-TES” İqlim dəyişikliyi sahəsində terminoloji lüğət layihəsinə START VERİB
Ərdoğan Hollandiya Baş naziri ilə nə danışıb ?
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar - YENİLƏNİB
Prezident və birinci xanım Gəncə stadionunda - FOTOLAR
Almaniya XİN başçısı David Vadeful Qəzza üçün atəşkəs çağırışı edir
2026-cı il NATO Zirvəsi Ankarada keçiriləcək
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da! -VİDEO
ABŞ sərhəd divarı qara rəngə boyanır: Tramp qərar verdi