“Eko-TES” İqlim dəyişikliyi sahəsində terminoloji lüğət layihəsinə START VERİB


"Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması” adlı layihəyə start verib.


Layihənin əsas məqsədi iqlim dəyişmələri sahəsində informasiyaların daha əlçatan olmasını təmin etmək üçün Terminoloji lüğətin hazırlanmasıdır. Eyni zamanda iqlim dəyişmələri,ətraf mühitin qorunması, ekoloji problemlər və bu qəbildən olan fəaliyyətlərlə məşğul olan hökumət qurumları,QHT-lər və şəxslər arasında elmi əməkdaşlığın təşviqinə nail olmaqdır. 

İqlim dəyişmələri sahəsində elmi məlumatların daha çox ingilis dilində olmasını nəzərə alsaq, layihə çərçivəsində hazırlanacaq lüğətin əhəmiyyəti ön plana çıxır. Bu da nəticə etibarı ilə mütəxəssislərin elmi informasiyalara çıxış imkanlarını daha da asanlaşdırıacaq.

Bu cür konkret səylər iqlim savadlılığına və nəticədə iqlim dəyişikliyinin təsirini azaltmaq üçün terminoloji lüğətin hazırlanması yeni imkanlar yaradır. 


Qeyd edək ki, layihənin icra müddəti 4 aydır.Bu zaman ərzində terminoloji lügət kitabı hazırlanmaqla yanaşı İqlim dəyişmələri ilə bağlı 1 televiziya verilişi çəkiləcək və yerli media nümayəndələri ilə 1 görüş keçiriləcək. Yerminiloji lüğət internet saytlarına yerləşdiriləıcək ki, bu da elm adamlarının və ictimaiyyətin ondan istifadəsini asanlaşdıracaq.

Yenifikir.media