
NATO-nun Baş katibi Mark Rutte 2026-cı ildə Ankarada keçiriləcək NATO Zirvəsinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür edib.NATO-nun rəsmi açıqlamasında bildirilir ki, zirvə 7-8 iyul 2026-cı il tarixlərində Prezidentlik Kompleksində baş tutacaq.
Baş katib Rutte açıqlamasında qeyd edib: “Türkiyə 70 ildən artıqdır ki, NATO-nun güclü müttəfiqi kimi ortaq təhlükəsizliyimizə ölçüyəgəlməz töhfələr verir. Zirvə çərçivəsində liderlər NATO-nu daha güclü, ədalətli və təsirli bir ittifaq halına gətirmək üçün fəaliyyətlərini davam etdirəcəklər və müttəfiqlərimizlə birlikdə ciddi təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olacaqlar.”
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iyul ayında NATO Zirvəsinin 2026-cı ildə Ankarada keçiriləcəyini açıqlamışdı.
Yenifikir.media
Son Xəbərlər
Özbəkistan Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb
İlham Əliyev və Mehriban Əliyeva Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar
Putin və Ərdoğan Ukrayna üzrə danışıqları müzakirə edib
Kiyev: Təhlükəsizlik zəmanətləri olmadan Rusiya ilə sülh danışıqları mümkünsüzdür
İti udan piton hasarda ilişib qaldı
“Eko-TES” İqlim dəyişikliyi sahəsində terminoloji lüğət layihəsinə START VERİB
Ərdoğan Hollandiya Baş naziri ilə nə danışıb ?
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar - YENİLƏNİB