
Xalq artisti Samir Cəfərovla Əməkdar artist Təyyar Bayramovun canlı ifası ətrafında başlayan müzakirəyə müğənni Almaxanım Əhmədi də qoşulub.Bizim.Media xəbər verir ki, ifaçı instaqramda paylaşım edərək sözügedən ifaçıların müdafiəsinə qalxıb:
“Təyyar Bayramov və Samir Cəfərov nəinki xanəndə və ifaçı kimi, həmçinin pedaqoq kimi Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Bu gün mənimlə yanaşı bir sıra ifaçıların yetişməsində Təyyar müəllimin böyük xidməti olub. Bəzi ifaçılar var ki, onlar toxunulmazdırlar.
Təyyar Bayramov və Samir Cəfərov da bu silsilədəndir. İstənilən peşə, sənət sahibi öz sahəsində nə qədər mükəmməl olsa da, belə hallar çox normal və anlaşılan olmalıdır.
Mükəmməl ifaçılar 15-20 ildə bir kiçik nöqsanlar edirlərsə, əksəriyyət ifaçıların isə ümumiyyətlə səhnəyə, sənətə gəlişi belə səhvdir.
Belə “ifaçıların” bərbad ifalarını illərdir görməzdən gəlib 2 böyük sənətkarda gördüyünüz kiçik nöqsanı qloballaşdırmaq lazım deyil. Bunun əvəzinə bayağı ifaçıların biabırçı ifalarını işıqlandırıb, ifşa etmək lazımdır”.
Qeyd edək ki, sözügedən sənətçilərin “Həmin Zaur”dakl canlı ifasına müğənni Kərim Abasov irad bildirib.
Son Xəbərlər
Peskov : - "Putini təyyarədən çıxarkən şəxsən Donald Tramp qarşılayacaq"
Nyu-Yorkun ilk müsəlman mer namizədi bu şəxs ola bilər - FOTO
Alyaska müzakirəsi: Siyasi səhnənin yeni söz-söhbəti -Pərviz Sadayoğlunun ŞƏRHİ
Prezident İlham Əliyev – Döyüşdə qalib, diplomatiyada sülhün memarı
ABŞ Milli Qvardiyası Vaşinqtonda vəzifələrinə başlayıb
Münasib qiymət və müasir dizayn: Çin avtomobillərinə marağın səbəbləri- İqtisadçı şərh bildirdi
Seren Serengül siyasətə gəlmək üçün qərar verdi - "Dəstək verəcəksinizsə, mən hazıram"
Avropa liderləri və Zelenski Trampı Alyaskada inandıra bilmədi