
Bir müddət əvvəl Krım parlamentinin rəhbəri Vladimir Konstantinov ABŞ-a Alyaska ştatını Rusiyaya bazar qiymətinə satmağı təklif edib. O, mümkün sövdələşmənin ABŞ-ın milli borcunu bir qədər azaltmağa kömək edə biləcəyini bildirib. Konstantinov həmçinin qeyd edib ki, Alyaska vaxtilə ABŞ-a ucuz satılıb.
Bəs, bu gün Alyaskada baş tutan Tramp–Putin görüşündə Rusiya Prezidenti Vladimir Putin Alyaska məsələsini müzakirəyə çıxaracaqmı? Bu barədə siyasi şərhçi, "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru Pərviz Sadayoğlu yenifikir.media-ya danışıb.
Pərviz Sadayoğlu bildirib ki, Tramp–Putin görüşü, həqiqətən də, dünyanın gələcək inkişaf nizamına mühüm təsir göstərə biləcək əhəmiyyətli hadisədir. Görüşlə bağlı artıq müəyyən açıqlamalar verilib, hətta Avropa liderləri belə bir müraciət qəbul ediblər. Sərhədlərin dəyişdirilməməsi ilə bağlı sənədi, səhv etmirəmsə, 25 Avropa lideri imzalayıb.
Ümumilikdə, bu görüşdən gözləntilər böyükdür. Qərb politoloqlarının da vurğuladığı kimi, Ukraynanın əraziləri ilə bağlı hər hansı qərarın qəbul ediləcəyi gözlənilmir. İlk mərhələdə əsas məqsəd atəşkəsə nail olmaqdır. Digər məsələlər barədə isə indidən fikir söyləmək tezdir.
Görüşün Alyaskada keçirilməsi təsadüfi deyil. Xatırladaq ki, Alyaska XIX əsrin 60-cı illərinin sonunda Rusiya imperiyası tərəfindən ABŞ-a 7,2 milyon dollara satılıb. Onun ərazisi 1,72 milyon kvadrat kilometrdir və satış qiymətinə görə hər kvadrat kilometr təxminən 4 sentdən bir qədər çoxa başa gəlib.
Lakin Alyaskanın Rusiyaya qaytarılması məsələsi hazırda nə gündəmdədir, nə də realdır. ABŞ-ın torpaq vermək və ya satmaq niyyəti yoxdur. Əksinə, ötən ilin dekabr–yanvar aylarında ABŞ-ın yeni prezidenti Donald Tramp Kanada və Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını irəli sürmüşdü. Bu halda Alyaskanın əks istiqamətdə Rusiyaya verilməsi nə gözlənilən, nə də aktualdır.
Pərviz Sadayoğlunun fikrincə, bu mövzu müzakirə predmeti belə deyil. Ola bilər ki, sosial şəbəkələrdə və ya mediada bu barədə bəzi versiyalar səsləndirilib. Lakin bunlar sadəcə görüşə diqqət çəkmək və mövzunu daha səs-küylü göstərmək məqsədi daşıyır. Onun sözlərinə görə, bu iddiaların heç bir real əsası yoxdur.
Yenifikir.media
Son Xəbərlər
İlham Əliyev Konqo Prezidentini təbrik edib
Peskov : - "Putini təyyarədən çıxarkən şəxsən Donald Tramp qarşılayacaq"
Nyu-Yorkun ilk müsəlman mer namizədi bu şəxs ola bilər - FOTO
Alyaska müzakirəsi: Siyasi səhnənin yeni söz-söhbəti -Pərviz Sadayoğlunun ŞƏRHİ
Prezident İlham Əliyev – Döyüşdə qalib, diplomatiyada sülhün memarı
ABŞ Milli Qvardiyası Vaşinqtonda vəzifələrinə başlayıb
Münasib qiymət və müasir dizayn: Çin avtomobillərinə marağın səbəbləri- İqtisadçı şərh bildirdi
Seren Serengül siyasətə gəlmək üçün qərar verdi - "Dəstək verəcəksinizsə, mən hazıram"