Münasib qiymət və müasir dizayn: Çin avtomobillərinə marağın səbəbləri- İqtisadçı şərh bildirdi

Son vaxtlar Azərbaycana gətirilən Çin avtomobilləri vətəndaşlar arasında böyük maraq doğurur. Əsas cəlbedici amil onların münasib qiymətləri olsa da, müasir dizayn və yanacaq sərfiyyatının az olması da alıcıların diqqətini çəkir. Hibrid və elektrik mühərrikli modellər isə ekoloji baxımdan düşüncəli sürücülər üçün əlavə üstünlük yaradır. Bütün bu faktorlar Çin avtomobillərinə olan tələbatın sürətlə artmasına səbəb olur. Tanınmış iqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı yenifikir.media-ya açıqlama verib.

İqtisadçı bildirib ki, Çin avtomobil sənayesi yalnız Azərbaycanda deyil, bütün dünyada rəqabətin ön sıralarında yer alır. Müasir texnologiyalarla təchiz olunmuş və qiymət baxımından əlverişli avtomobillərin istehsalı bu mövqeyi daha da gücləndirir. Vətəndaşlar məhsulun keyfiyyəti və qiymətini balanslı hesab edir. Xüsusilə hibrid və elektrik avtomobillərində Çin markaları rəqiblərindən fərqlənir, bu da tələbatın davamlı artmasını təmin edir.

Yenifikir.media