
Prezident cənab İlham Əliyevin ABŞ-a səfəri və səfər zamanı qazandığı tarixi Zəfər gələcək nəsillərimizə də təhlükəsiz, firavan, güclü və qüdrətli bir dövlətdə yaşamaq xoşbəxtliyini bəxş etdi.
Dünyanın böyük ölkələrinin dövlət və hökumət başçıları Prezident cənab İlham Əliyevin müasir dövrün ən güclü siyasətçisi, diplomatı və böyük lideri olduğunu vurğulayırlar. Prezidentimiz müharibə meydanında qalib olduğu kimi diplomatiyada da böyük sülhü qazandı.
Ölkə başçımızın qazandığı bu misilsiz tarixi Zəfərin kökündə xalqımızın öz liderinə inamı, sevgisi, eləcə də ölkəmizdə mövcud milli həmrəylik dayanır. Cəmiyyətdə milli həmrəyliyin, sarsılmaz birliyin təməlində demokratik ənənə durur.
Ölkəmizdə demokratiya, milli həmrəylik, fikir azadlığı mövcud olmasaydı Azərbaycan heç vaxt bu günkü qədər güclü və qüdrətli dövlətə, dünya dövlətləri arasında bu qədər böyük nüfuza sahib ola bilməzdi.
Təəssüf ki, radikallar ölkəmizdəki bu demokratiyadan, söz azadlığından sui istifadə edərək, dövlətimizə, xalqımıza qarşı sözün həqiqi mənasında xəyanət edirlər. Özlərini müxalifət adlandıran bu radikallar əslində dövlətə, xalqa müxalifdilər.
Bu gün Azərbaycanda demokratiya, söz azadlığı yoxdur deyən, ölkədə siyasi məhbusların olduğunu iddia edən Əli Kərimli və onun tərəfdarlarına hakimiyyətdə olduqları vaxtı xatırlatmaq istərdim.
O vaxtlar dövlətə, xalqa deyil, iqtidarın yarıtmaz, səriştəsiz fəaliyyəti haqqında fikir söyləyənləri hakimiyyətdə yüksək vəzifədə olanlar TV-nin canlı efirində döyürdülər, insanlar küçələrdə silahlı hücuma məruz qalırdılar. Onlar üçün araşdırma, məhkəmə qərarı vacib sayılmırdı.
Bu gün Əli Kərimlinin "siyasi məhbus" adlandırdığı şəxslərin cinayətləri məhkəmə tərəfindən sübut olunubdur. Əli Kərimlinin müdafiə etdiyi şəxslər vətənə, dövlətə xəyanət edənlərdir. Özünü demokrat adlandıran Əli Kərimli və onun əl altıları cəmiyyətdə özlərini gülüş hədəfinə çeviriblər.Belə ki, söylədikləri hər ifadə xalqımız tərəfindən acı gülüş və rişxəndlə qarşılanır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Son Xəbərlər
İlham Əliyev Konqo Prezidentini təbrik edib
Peskov : - "Putini təyyarədən çıxarkən şəxsən Donald Tramp qarşılayacaq"
Nyu-Yorkun ilk müsəlman mer namizədi bu şəxs ola bilər - FOTO
Alyaska müzakirəsi: Siyasi səhnənin yeni söz-söhbəti -Pərviz Sadayoğlunun ŞƏRHİ
Prezident İlham Əliyev – Döyüşdə qalib, diplomatiyada sülhün memarı
ABŞ Milli Qvardiyası Vaşinqtonda vəzifələrinə başlayıb
Münasib qiymət və müasir dizayn: Çin avtomobillərinə marağın səbəbləri- İqtisadçı şərh bildirdi
Seren Serengül siyasətə gəlmək üçün qərar verdi - "Dəstək verəcəksinizsə, mən hazıram"