
Ay həzərat, bir zamana gəlib ki,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
XVI əsrdə yaşamış, sazımızın-sözümüzün ustadı Aşıq Abbas Tufarqanlı bu misraları deyəndə yəqin ki, XXI əsrin “Instagram aristokratiyası”nı xəyal etmirdi. Amma həyatın ironiyası budur ki, həmin sözlər indi elə yerinə düşür ki, sanki Aşıq Abbas dünən TikTok açıb, canlı yayımda səsləndirib.
Mövzumuz isə çox “əsilzadə”dir – sosial şəbəkələrdə özünü “blogger” elan etmiş, xalqın puluna “zadəgan qızı” imici yığan Aysel Şükürova.
Paylaşdığı videoda açıq-aşkar “aşağı təbəqə” adlandırdığı insanları aşağılyır.Videodan görünür ki, “aşağı təbəqə” dedikdə söhbət minimum maaşla dolanan, halal zəhmətlə yaşayan insanlardan gedir. Yəni qapısında “Lifttəmir” maşını dayanmayan, toyuna 400 min manat xərclənməyən, sadə adamlar.
Aysel xanım özünü “zadəgan” adlandırır. Elə bil ki, əsilzadəlik bazarda satılır, kartla da ödəniş mümkündür. Halbuki “zadəgan” sözü fars mənşəli olub, tarixən saraylarda, hakim sinfin yuxarı eşalonlarında yer alanlara deyilib. Bunun üçün isə nənənin babasının da babası müəyyən səviyyədə olmalıdır.
Gəlin açığı deyək: nə Aysel xanım, nə də atası əsilzadə ailəsindən deyil. Atası – "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov – çox da “sadə” olmayan bir məmur. Sadəliyi yalnız maaş kartındadır, qalan tərəflərdə isə izinə rast gəlmək çətindir. Qısa araşdırma göstərir ki, ailənin varlanmasının sirri sadədir: Bakıdakı köhnə liftlər illərlə təmir olunmur, sakinlər piyada qalxır, Qüdrət müəllim isə həmin pilləkənləri “şəxsi bank hesabına” doğru qalxır.
Mətbuatda haqqında yazılanlar kifayət qədərdir. Amma hamının yadında qalan əsas məqamlardan biri – qızına etdiyi 400 min manatlıq dəbdəbəli toydur. Sadə bir məmurun qızına bu məbləğdə toy etməsi Azərbaycanda iki şeyi göstərir:
1. Şəhərdə bəzi liftlər hələ də işləmir.
2. Piyada qalxmaq, doğrudan da, “varlanma yolları” siyahısına salınmalıdır.
Aysel Şükürova isə tez-tez gündəmə gəlib: dəbdəbəli toyu, boşanma qalmaqalı, izləyicilərini söyməsi, bir izləyicinin mobil nömrəsini yayması, həyat yoldaşını məhkəməyə verməsi və sair. Hətta atasının işdən çıxarılması barədə sual verən jurnalisti elə “ədəbi” təhqirlərlə yola salmışdı ki, adam düşünür: Bəlkə də biz bu xanımın “zadəgan” deyil, “zadəqan” – yəni “zaddan qalan” versiyası ilə qarşı-qarşıyayıq.
Bu arada, dövlət başçısı Cənab İlham Əliyev dəfələrlə məmur övladlarına xəbərdarlıq edərək, onların özbaşınalıqlarına son qoyulmasını tələb edib.
Görünür, Aysel xanım həmin çıxışları izləməyib. Çünki izləsəydi, ən azı “aşağı təbəqə” dediyi insanlara qarşı bu qədər lovğa olmazdı. Üstəlik, prezident bölgələrə səfərlərində məhz bu “aşağı təbəqə”nin nümayəndələri ilə görüşür, onları dinləyir, onlarla şəkil çəkdirir. İndi sual olunur: Aysel Şükürova prezidentimizin görüşdüyü, şəxsən dinlədiyi, şəkil çəkdirdiyi xalqın nümayəndələrinə niyə daş atır?
Və yekun olaraq, Aysel xanım, bilin ki: sadə insanları aşağılamaq, təhqir etmək nə zadəganlıqdır, nə də aristokratiya. Aristokratiya da pulla alınmır.
Yenifikir.media
Son Xəbərlər
Peskov : - "Putini təyyarədən çıxarkən şəxsən Donald Tramp qarşılayacaq"
Nyu-Yorkun ilk müsəlman mer namizədi bu şəxs ola bilər - FOTO
Alyaska müzakirəsi: Siyasi səhnənin yeni söz-söhbəti -Pərviz Sadayoğlunun ŞƏRHİ
Prezident İlham Əliyev – Döyüşdə qalib, diplomatiyada sülhün memarı
ABŞ Milli Qvardiyası Vaşinqtonda vəzifələrinə başlayıb
Münasib qiymət və müasir dizayn: Çin avtomobillərinə marağın səbəbləri- İqtisadçı şərh bildirdi
Seren Serengül siyasətə gəlmək üçün qərar verdi - "Dəstək verəcəksinizsə, mən hazıram"
Avropa liderləri və Zelenski Trampı Alyaskada inandıra bilmədi