İsrailin müdafiə naziri Qəzzanın ələ keçirilməsi planını təsdiqləyib

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.525.az xəbər verir ki, bu barədə ölkənin “Kan” dövlət televiziyası məlumat yayıb.Qeyd olunub ki, əməliyyat “Gideonun arabaları 2” adlandırılıb.

“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, - Kats bildirib.

Məlumatda o da vurğulanıb ki, yaxın vaxtlarda İsrail Müdafiə Qüvvələrinin ehtiyat hissələrinin əlavə səfərbər olunması ilə bağlı elan veriləcəyi gözlənilir.

Yenifikir.media