
İngiltərə Müdafiə Naziri John Healey bildirib ki, ABŞ Prezidenti Donald Trump ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş Ukraynada barışa doğru atılacaq “ilk addım” ola bilər. Yenifikir.mediain Anadolu Agentliyinə istinadən xəbərinə görə, Healey Sky News-ə açıqlamasında müharibələrin yalnız diplomatiya yolu ilə sona çatacağını vurğulayıb və görüşdən ümidli olduğunu deyib. O əlavə edib ki, bu görüş ehtimal olunan bir sıra müzakirələrin yalnız ilkin mərhələsini təşkil edir.
Nazir fikrini belə davam etdirib: “Əsas odur ki, bu görüş hər hansı bir müzakirədə ilk addım olsun. Ukrayna ilə bağlı qərarlar yalnız Ukrayna tərəfi ilə birlikdə qəbul edilməlidir. Tam atəşkəs diplomatiyaya imkan yaradacaq və uzunmüddətli barış üçün şans verəcək.”
Görüş yerli vaxtla saat 11:00-da başlayacaq və əsasən Ukrayna böhranı, ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Liderlərin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi də planlaşdırılır.
Yenifikir.media
Son Xəbərlər
Putin və Trampın Alyaska görüşü 6-7 saat davam edəcək
Türkiyədə avtobus avtomobillə toqquşub - Yaralanan var
İngiltərə mətbuatı : "Putin-Trump görüşü Ukraynada barış üçün ilk addım ola bilər
İsrail İranı yeni hücumla hədələyir
Alyaska görüşündən nə gözlənilir...?
İlham Əliyev Konqo Prezidentini təbrik edib
Peskov : - "Putini təyyarədən çıxarkən şəxsən Donald Tramp qarşılayacaq"
Nyu-Yorkun ilk müsəlman mer namizədi bu şəxs ola bilər - FOTO