
Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə müraciət edib.Bu barədə 525.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur:
"Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.
Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".
Son Xəbərlər
Ölü tapılan şairin son küçəsi
Putin və Trampın görüşü “5-ə 5” formatında olacaq
Ersin Tatarın 14 Avqust paylaşımı
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
Prezident Özbəkistanla imzalanmış sazişləri təsdiq edib
“HRENGİNEERİNG” MMC beynəlxalq sammitin Azərbaycandakı yeganə tərəfdaşı oldu
Sosial mediadan sosial boşluğa: Canlı ünsiyyət problemi - Mail Yaqub
Ukraynaya zəmanət planı: Trampın “NATO-suz” və “atəşkəsli” formulu