Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Ukrayna səfiri humanitar yardıma görə Azərbaycan siyasi rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə təşəkkür edib.

Bunu Ukrayna səfiri Yuri Husyev Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımın göndərilməsi münasibətilə keçirilən tədbirdə deyib.

Yuri Husyev Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

Yenifikir.media