Alyaskada Putin–Tramp görüşü: Gələcək danışıqların istiqaməti müəyyənləşəcək

Donald Tramp və Vladimir Putin 15 avqustda Alyaskada görüşəcək. Ştat qubernatoru Mayk Danlivi görüşün bir neçə saat davam edəcəyini və danışıqların gələcək gedişatını müəyyən edəcəyini bildirib.O, Tramp ilə qaz kəməri, enerji və kritik minerallar barədə danışmağı planlaşdırır.

Kreml, üçtərəfli Putin–Tramp–Zelenski görüşü təklifini şərhsiz buraxaraq ikitərəfli sammitə üstünlük verib. Putin Zelenski ilə görüşün şərtlərinin hələ formalaşmadığını deyib, Zelenski isə ərazi güzəştlərinə getməyəcəyini açıqlayıb.

Yenifikir.media