
Son günlər İsrailin baş naziri Netanyahu İranla bağlı sərt açıqlamalarını davam etdirir. Yenifikir.media-da dərc edilən məqalədə Netanyahu bildirib ki, “İran azadlığa qovuşduqda İsrail bol su və iqtisadi rifah təmin edəcək”. Bu bəyanat bir çox ekspertlər tərəfindən regionda yeni hərbi əməliyyatların siqnalı kimi qiymətləndirilir.
Tanınmış hərbi ekspert Ədalət Verdiyev Yenifikir.media-ya açıqlamasında bildirib ki, İranın son fəaliyyəti bölgə üçün kifayət qədər problem vəd edir. ABŞ və İsrailə qarşı İranın hava müdafiəsinin zəif olduğunu yaxın günlərdə müşahidə etdik. Lakin buna baxmayaraq, İran İsraili növbəti döyüş əməliyyatları üçün imkanlarla təmin edir.
Ədalət Verdiyev qeyd edib ki, Netanyahu indiki vəziyyətdə İrana zərbə endirmək üçün daha əlverişli zamandır. İran rəsmi şəkildə dəfələrlə bəyan edib ki, nüvə silahları və texnologiyalarının inkişafından imtina etməyəcək. Bu səbəbdən İsrail növbəti addımlarını ataraq İranı cəzalandıra bilər və bu proses çox uzun çəkməyəcək.
Ekspert əlavə edib ki, İranın davranışları yalnız özünə qarşı deyil, həm də Azərbaycana qarşı ciddi səhvlərə yol verir. Nəticədə, İran regiondakı sülh, sabitlik və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilir.
Yenifikir.media
Son Xəbərlər
Ukraynaya zəmanət planı: Trampın “NATO-suz” və “atəşkəsli” formulu
Türkiyənin cənnəti Tekirdağ
Alyaskada Putin–Tramp görüşü: Gələcək danışıqların istiqaməti müəyyənləşəcək
Şair Kəramət Şükürovun küçədə meyidi tapılıb
Şair Məmməd İsmayıl palataya köçürülüb.
Pakistanın Quru Qoşunları komandanına Azərbaycanın hərbi medalı təqdim edilib
Azərbaycanda talassemiya xəstəliyi aşkarlananların sayı artıb
Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə müraciət edib