Tramp, Putin və Zelenski İlə tarixi Görüşə hazırlıq – DETALLAR

ABŞ prezident Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin üçtərəfli görüşü üçün yer axtarır. CBS News-un məlumatına görə, görüşün gələn həftənin sonunda keçirilməsi planlaşdırılır.

Yenifikir.media xəbər verir ki,Ağ Evin mətbuat katibi Kerolayn Levit bildirib ki, Tramp Putin və Zelenski ilə birgə sammit təşkil etmək istəyir və bu görüş “mövcud münaqişəyə son qoya bilər”.

Zelenski də belə bir görüşün planlaşdırıldığını təsdiqləyib, lakin tarixinin hələ müəyyən olunmadığını deyib. O, Putin–Tramp görüşünün ikitərəfli münasibətlər üçün əhəmiyyətini vurğulasa da, Ukrayna ilə bağlı qərarların onun iştirakı olmadan qəbul edilməyəcəyini bildirib.

Bundan əvvəl Ukraynanın sabiq baş naziri Zelenskinin Putin–Tramp sammitini pozmaq istədiyini iddia etmişdi.

Yenifikir.media