Dilimizdə səssiz itki: Arxaik sözlərin taleyi - Natəvan Dəmirçioğlunun şərhi

Son zamanlar Azərbaycan dilində kifayət qədər alınma sözlərə rast gəlinir. Alınma sözlərin dilə daxil edilməsi, dildəki arxaik sözlərin arxivə keçməsinə səbəb olur. Bu isə təəssüf hissi doğurur. Tanınmış yazıçı Natəvan Dəmirçioğlu bu barədə Yenifikir.media-ya danışıb.

Onun sözlərinə görə, biz konkret olaraq deyə bilmərik ki, sözlər nədən arxaikləşir. Amma hər halda sözlərin arxaikləşməsi, yeni dil sisteminin cəmiyyətə tədricən oturuşmaması, yəni cəmiyyətin yaşadığı ictimai-siyasi hadisələrlə birbaşa bağlıdır.

Məsələn, elə sözlər var ki, bizim dilimizə ruslaşma nəticəsində daxil olub. Çünki sovet imperiyası qalib gəldi, burada quruldu və istər-istəməz biz rus sözlərindən istifadə etməyə məcbur olduq. Ondan əvvəl isə ərəb istilası baş vermişdi. Məsələn, İslamın qəbul olunduğu dövrdə biz İslamı ilk dəfə könüllü şəkildə qəbul etdik. Amma bu, tam islamlaşma deyildi. Sonradan ərəblər ikinci dəfə qayıtdılar və İslamı bizə yenidən qəbul etdirdilər. Onlar getdikdən sonra isə məlum oldu ki, biz İslamı bir daha qəbul etmişik. Üçüncü dəfə isə İslam bizə qılıncla, zor gücünə qəbul etdirildi. Buna görə də deyirlər: "qılınc müsəlmanı" — yəni İslam bizə qılıncla qəbul etdirilib.

Ərəblər bizim ərazilərdə İslamın daimi olması üçün çalışıblar. Məsələn, “bəqə” (əbədi) sözü də arxaikləşmiş sözlərdəndir. Onlar burada şeyxlərini qoyub, tapşırıqlarını verərək ölkəni tərk ediblər. Həmin o seyidlər sonradan dilin yaşamasında və İslamın yayılmasında nəzarətçi olublar. Bu proses nəticəsində biz bir çox ərəb sözünü də qəbul etmişik.

Yəni sözlərin arxaikləşməsi həm də ictimai-siyasi formasiya dəyişiklikləri ilə bağlıdır. Hökumətlərin, hakimiyyətlərin dəyişməsi, ictimai-siyasi hadisələr dilə istər könüllü, istərsə də zorla təsir göstərir. Ona görə də sözlərin arxaikləşməsi təbii bir prosesdir.

Natəvan Dəmirçioğlunun təqdim etdiyi arxaikləşmiş sözləri Yenifikir.media təqdim edir:


Qənşər

Urvat

Peyğəmbəri

Alplar

Bakkal

Ön, öncə

Əppək – əkmək

Babaciblik – pul qabı

Busə

Xoca

Bədəsil

Halalım

Usanmaq

Teylənmək

Peykan

Xalat – ənam

Örpək

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)