Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək

Türkiyə milli komandasının 2026 FIFA Dünya Çempionatı seçmə mərhələsi E qrupunda İspaniya ilə keçirəcəyi oyunun hakim heyəti müəyyənləşib. 7 sentyabr, bazar günü saat 21:45-də MEDAŞ Konya Böyükşəhər Stadionunda baş tutacaq qarşılaşmanı baş hakim Maykl Oliver idarə edəcək. Ona yan xətdə Stüart Burt və Ceyms Meynvairinq kömək edəcək.

Dördüncü hakim Kristofer Kavanah olacaq. VAR-da Cared Gavan Gillett, AVAR-da isə Darren England çalışacaq.


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)