Arda Turanın xanımı həmin videodan danışdı

Bir müddət əvvəl Şaxtyor Donetskin baş məşqçisi Arda Turanın ukraynalı jurnalistlə müsahibəsi sosial mediada geniş müzakirə olunmuşdu. Yenifikir.media xəbər verir ki,həmin videoya baş məşqçinin həyat yoldaşı Aslıhan Doğan Turanaçıqlama verib.

O, Ardanın müsahibə zamanı göz kontaktından çəkinməsinin anlaşılmalı olduğunu və sosial mediada yayılan şərhlərin həqiqəti əks etdirmədiyini bildirib. Hadisəyə qısa münasibət olaraq “Güldük” deyib və məsələnin bu qədər böyüdülməsinə ehtiyac olmadığını vurğulayıb.

Aslıhan Doğan Turan jurnalist haqqında da danışaraq, “Çox şirin biridir, onunla tanış oldum. Özünün də evli olduğunu öyrəndim, inşallah onlar üçün ayıb olmayıb” deyib. Müxbirin “Arda bəy ilə bu mövzunu müzakirə etdinizmi?” sualına isə “Müzakirə etmədim, bu gülməlidir. Niyə edim ki?” cavabını verib.


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)