“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva

Orta məktəb şagirdlərinin telefondan istifadə etməsi müəyyən mənada zəruri ola bilər. Amma ibtidai siniflərdə uşaqların məktəbə telefon gətirməsi demək olar ki, təhsil məsələsinə ziyan vurur. Müxtəlif oyunlar yükləyib dərsə diqqətsiz yanaşırlar. Yaxşı olar ki, ümumiyyətlə orta məktəb şagirdlərinə məktəbə telefon gətirmək qadağan olunmasa da məktəbin girişində təhvil alınsın. Çıxarkən təqdim olunsun. Dərsə, tədrisə maneə yaradan hər şey aradan qalxmalıdır. Valideynlərə də təbliğat olunmalıdır ki, övladlarına diqqət etsinlər ki, telefondan sui-istifadə etməsinlər. Statistika göstərir ki, ali məktəbə hazırlaşan şahidlər arasında ən yüksək bal toplayanların çoxu ya telefon işlətmənlər ya da məhdud işlədənlərdir.

Bir sözlə telefon uşaqların səhhətinə və təlim tərbiyəsinə və təhsilinə çox böyük zərər vurur. Bununla bağlı mütləq valideynlər düşünməlidir. Məktəblərdə də ciddi maarifləndirmə olmalıdır.

Sədaqət Əliyeva

Sosioloq


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)