
Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyatı Forumunda çıxış edib. O, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadıqlarını və bunu legitim seçim kimi qiymətləndirdiklərini bildirib, lakin NATO üzvlüyünə Rusiyanın təhlükəsizliyi baxımından qarşı olduqlarını vurğulayıb.
Yenifikir.media xəbər verir ki, Putin Ukrayna ilə görüşməyə hazır olduqlarını qeyd edərək deyib: “Moskva görüş üçün ən uyğun yerdir və təhlükəsizliklərini 100% təmin edirik. Başqa yer təklif olunarsa, bunu həddindən artıq tələb kimi qiymətləndiririk.”
O, Ukraynadakı məhkəmə sisteminin çökdüyünü və torpaq razılaşmalarının konstitusiyaya əsasən referendumla təsdiqlənməsinin zəruri olduğunu bildirib.
Xarici hərbi birləşmələr mövzusunda Putin deyib ki, Ukraynanın NATO-ya yaxınlaşması səbəbindən bu birliklər legitim hədəf sayılacaq.
Prezident həmçinin qeyd edib ki, sülh sazişi əldə olunarsa, Rusiya razılaşdırılmış şərtlərə tam əməl edəcək və Ukrayna torpaqlarında xarici hərbi qüvvələrin mövcudluğuna ehtiyac qalmayacaq. Həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə hörmət olunacaq.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva