Maksim Qalkini avtomobil vurub

Latviyanın Yurmal şəhərində velosiped sürən Maksim Qalkini avtomobil vurub. Jurnalist Bojena Rınskanın sözlərinə görə, hadisə üç gün əvvəl baş verib. Qalkin qolundan ağır xəsarət alıb. Hazırda vəziyyəti məlum deyil.

Yenifikir.media bildirir ki, Qalkin 2022-ci ildə Rusiyanı tərk edib və İsraildə yaşayır. Rusiya onu “xarici agent” elan edib.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)