Naxçıvan yaddaşımda necə qaldı? Həqiqətlər nədir?

Naxçıvan səfərimlə bağlı yazıları arxiv mənbələri və qaynaqlar üzrə dəqiqləşdirib yazıram. Bu günlərdə davamı olacaq. Ona qədər Naxçıvan mənim təsəvvürümdə necə qaldı sualarına cavab olaraq ümumi yazıram.

Birinci qeyd edim ki, orda olmayana qədər Muxtar Respublikaya bağlı sırf tarixi nöqteyi nəzərdən yanaşırdım və orda yaşayan insanlar barədə zidiyyətli fikirlərim var idi. Lakin Naxçıvanda qaldığım üç gün ərzində bütün yanlış düşüncələrimin hamısını yox elədim. Naxçıvan bu gün Azərbaycanda milli düşüncə və ideyanın dəyişmədən yaşadığı bir regiondur. İnanca bağlılıq, türkçülüyün bu günə qədər də qorunub saxlandığı və dostluğun möhkəm olduğu yer olan Naxçıvan barədə yanlışıqlar qəsdən mediada yayılır. 

Əslində Naxçıvan daha çətin şəraitdə yaşayan, insanların mehriban, sevgi dolu və inanın, sadə və qonaqpərvər bir yerdir. 

Naxçıvanın hər daşı bir tarixdir və etiraf edim ki, AZAL şirkətinin regiona qarşı qəddar münasibəti başa düşülməzdir. AZAL müstəqillik illərindən bu günə qədər Naxçıvan caamatına zülm edir. Təyyarələrin gecikməsi, bilet məsələsini süni əngəl formasında yaradan AZAL Naxçıvanın möcüzəli torpağını görməkdə çətinlik yaradır deyə, ora barədə yanlış məlumatları qəsdən yayılmasına səbəb olur. İnanın Naxçıvana elə birinci düşmən hava yollarının məsul şəxslərdir. Naxçıvana gediş gəliş asan və rahat olsa ora axın olar və bütün yanlış düşüncələr yox olar.

Şəxsən mən niyyət elədim və nəzir dedim ki, Zəngəzur dəhlizi açılsın və Naxçıvanın canı AZAL-dan xilas olsun.

İkinci sanki Naxçıvan həm sərhəd həm də rəhbərlik səviyyəsində izolasiya edilir. İnsanların işsizlik problemi, biznes üçün imkanların çox olmasına baxmayaraq şəraitin qəsdən yaradılmaması, kənd və əksər yerlərdə təmirlərin getməməsi insanlara qarşı sanki iqtisasi və sosial təyziq yaratmaq kimi görünür. Bu barədə geniş yazacam.

Üçüncü Naxçıvanın turizm üçün böyük imkanları var. Mətbəxi, sıldırım qayaları, gölləri, təbii coğrafiyası, qədim kəndləri və sairəni reklam etdirmək olsa idi, inanın dünya turizminin əsas mərkəzi olar. Mən şəxsən iki ilə oranı dünyanın turizm mərkəzlərindən birinə çevirə bilərəm, təkcə dağ və qayalarına, birdə mətbəxinə görə. 

Hələ digər yerləri demirəm. Hətta orda zarafatla deyirdim ki, Culfa rayon İH vəzifəsi boşdur, ora başçı gələcəm və buranı dünyanın turizm mərkəzinə çevirəcəm. 

Dördüncü Naxçıvanın otel və hostel xidməti tam güclü formada deyil, yaxşı olardı ki, orda bütün şəhərlərdə bunların sayı çoxlasın. Culfa, Babək, Şərur, Şahbuz, Ordubad, Kəngərli və Sədərəkdə müasir otel sistemi güclənsin.Qiymətlər də münasib olsun. Çox bahalıqdır hazırda otel sistemi Naxçıvanda. 

 Nəqliyyat sistemi düzəlsin, köhnə avtobuslar sıradan çıxarılsın və çox ucuz olan tramvay xətləri çəkilsin. Şəhərlər arası rahat avtobus xidməti olsun. Müasir avtobuslar ora verilsin. AYNA niyə bu günə qədər ora şəhərlərarası müasir nəqliyyat sistemi təqdim etməyib anlamıram. Məgər Naxçıvan Azərbaycan deyil? 

Beşinci Naxçıvanda ziyarət etdiyim şəhid ailələrinin hamısının ən böyük arzusu şəhid adının əbədiləşdirilməsi idi. Zəfər müharibəsindən beş il keçməsinə baxmayaraq bugünədək Naxçıvanda bir şəhidin belə adı əbədiləşdirilməyib.

Xüsusilə Şərurda, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, həmlə taborunun komandiri, İkinci Qarabağ müharibəsi şəhidi Vüsal İslam oğlu Vəliyev adına bir küçəyə rast gəlmədim. Çətindir onun adına bir küçə vermək Şərur icra hakimiyyəti? Vüsal Şərurun yeganə yüksək rütbəli şəhididr. 

Onun adını əbədiləşdirmək olmazdı məgər? Onun evini ziyarət etmək isə çox çətin idi. Dizə kəndində şəhidimizin evinə gedən yol o qədər bərbad idi ki. Sanki Şərur rayon İH pulu yoxdur ki, ora asflat çəksin. Nə olardı. Yeganə mayor rütbəsində olan şəhid Vüsalın evinə bir yol çəkilsə idi? Şərurun əfsanələrindən biri olan Vüsalın ailəsi bu zülmü niyə yaşamalıdır axı? 

Bu barədə növbəti yazım olacaq. Ancaq AZAL və AYNA Naxçıvana düşmən olmayın, ora ilə əlaqəni möhkəm qurun ki, Azərbaycan suveren bir dövlət olması təkcə xəritə və sənəd üzərində olmasın! 

Prof.Dr.Zaur Aliyev


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)