
Blagaj və Dərvişin evi XVI əsr tikilisidir və Osmanlı dövründən qalmışdır. Alpərənlərin ibadət etdiyi dini məkan sayılır və “Tarixi Sufi Monastırı” adı ilə də tanınır.
Blagaj, Bosniya və Herseqovinanın ən böyük çaylarından biri olan və Mostardan keçən “Neretva” çayının mühüm qolu – “Buna” çayının mənbəyi sayılır. Kiçik bir yaşayış məntəqəsi olan Blagajı önəmli edən isə su mənbəyinin yerləşdiyi mağaranın düz yanında inşa edilən “Blagaj lojası”dır.
1465-ci ildə bölgə Osmanlılar tərəfindən ələ keçirildikdən sonra möhtəşəm təbiəti ilə seçilən bu ərazidə qurulan loja, yerli bosniyalıların İslamı qəbul etməsində mühüm rol oynayıb.
Blagaj həm də çox önəmli bir şəxsiyyət — Sarı Saltuğun adı ilə bağlıdır. Sarı Saltuq, Fateh Sultan Mehmetin oğlu Cem Sultanın himayəsi ilə qələmə alınan və "Saltuknamə" kimi tanınan xalq əfsanəsinin qəhrəmanıdır. O, Anadolu və Rumelinin fəthində mühüm rol oynamış əfsanəvi Bektaşi ata hesab olunur.
Sarı Saltuq Dədə Qorqud və Nəsrəddin Hoca kimi geniş coğrafiyada tanınan epik qəhrəmanlardan biridir. Buna görə də onun məzarına bir çox yerdə rast gəlmək mümkündür. Ən məşhur türbələri İznikdə və Blagajdadır. Güclü, qorxmaz, eyni zamanda bağışlayan və ədalətli bir şəxsiyyət olan Sarı Saltuq, bu xüsusiyyətləri ilə yalnız müsəlmanların deyil, həm də xristianların rəğbətini qazanıb.
Onun 12 məqbərəsinin olduğu deyilir. Rəvayətə görə, Sarı Saltuq İslamı yaymaq üçün müxtəlif yerlərdə məzarlarının olmasını istəyib.
Əfsanəyə görə, dərvişlər bu bölgəyə ilk dəfə gələndə yerli əhali onlara müsbət yanaşmayıb. Bu səbəbdən onlar mağarada məskunlaşıblar. Bir müddət sonra bölgədə su qıtlığı yaranıb. Dərvişlərdən biri niyyət tutub ibadət edir və nəticədə mağaranın qarşısından buz kimi sərin su axmağa başlayır.
Evin bir hissəsinin mağaraya, çaya və təbiət mənzərəsinə açılması göz oxşayır. Sakitlik və quş səsləri insanın ruhunu oxşayır. Təbiətdən zövq almağı sevənlər üçün bu əraziyi ziyarət etməyi tövsiyə edirəm.
İstəyə görə göldə qayıqla gəzə və mağaranın alt hissəsinə keçmək mümkündür.
Blagajın girişində yerləşən balıq restoranları “Buna” çayından tutulan ləzzətli balıqları ilə məşhurdur. Lojanı ziyarət etdikdə bu restoranlarda gözəl yeməklərin dadına baxaraq, təbiətin bu möcüzəsini seyr edə bilərsiniz.
Blagaj həm də özünəməxsus memarlığı ilə seçilir.
Suheylə Məhərrəmova
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva