
Kvas əsasən çörək mayası ilə fermentasiya edilən, az miqdarda alkoqol (adətən 0.5%-dən az) ehtiva edən, təbii qazlı, sərinləşdirici içkidir. Əsasən rus, belarus və ukrayna mətbəxində geniş yayılmış olsa da son illərdə Azərbaycanda da maraqla qarşılanır.
Kvas içmək olarmı və onun orqanizmə faydası varmı ?
İlk növbədə kvasın tərkibi və insan sağlamlığına təsiri baxımından önəm daşıyır. Gəlin, bu suala tərəfsiz yanaşaq
Kvasın təbii probiotik mənbəyi
Mayalanma nəticəsində yaranan faydalı bakteriyalar bağırsaq florasını dəstəkləyə bilər.Həzmə kömək edir Yeməkdən sonra qəbul edildikdə həzm prosesini yüngülləşdirir. Susuzluğu yatırır. Yay aylarında təbii sərinləşdirici içki kimi istifadə edilə bilər. Vitaminlərlə zəngindir. B qrup vitaminləri (xüsusən B1 və B6) ilə zəngin olduğu deyilir. Enerji verir.Təbii qazlı və yüngül turş dadı ilə orqanizmi tonusda saxlayır.
Ehtiyatlı olunmalı hallar:
Alkoqol qalıqları az miqdarda olsa da, fermentasiya nəticəsində 0.2–0.5% arası spirt yaranır. Bu səbəbdən hamilə qadınlara, uşaqlara və spirtə qarşı həssaslığı olanlara məsləhət görülmür.Qastrit və mədə problemi olanlara, turşuluğu yüksək olan insanda kvas mədə turşusu balansını poza bilər.
İslam dini baxımından içində hər hansı alkoqol izləri olan içkilərdən çəkinmək tövsiyə edilir. Digər fikirlərə görə isə sərxoşluq vermədiyi və təbii olduğu üçün istifadəsi caiz sayıla bilər. Burada şəxsi və dini baxış əsas götürülür.
Kvas necə hazırlanır? (Evdə hazırlanma resepti)
Əgər süni qatqılarla dolu market kvasslarından içmək istəmirsinizsə evdə öz təbii kvassını hazırlaya bilərsən. Bunun üçün sadə və əlçatan məhsullar lazımdır.Ənənəvi çörək kvassı (təbii fermentasiya ilə)
Lazım olanlar:
Qara çörək – 300 qram
Su – 3 litr
Şəkər tozu – 5-6 xörək qaşığı
Quru maya – 1 çay qaşığı
İstəyə görə: nanə, kişmiş və ya limon qabığı (aroma üçün)
Hazırlanması:
Qara çörəyi doğrayıb sobada və ya tavada yüngülcə qurut. Yandırmadan qızart. Qaynadılmış və ilıq hala salınmış 3 litr suya qızardılmış çörəkləri əlavə edilir. Üzərinə şəkər tozu və mayanı əlavə edib yaxşıca qarışdır.Qarışımı şüşə və ya plastik qaba tök və ağzını tənziflə ört. İsti, qaranlıq bir yerdə 2 gün saxla.2 gündən sonra süzgəcdən keçirərək kvası ayrı butulkalara tök. İstəsən bu mərhələdə kişmiş və ya bir dilim limon da əlavə edə bilərsən.Soyuducuda saxla. 1-2 günə tam hazır olur. Və təbii qazlı, az turşulu, sərinləşdirici bir içki əldə etmiş olacaqsan. Dəqiq deyə bilərik ki, kvas, düzgün hazırlandıqda və ölçülü içildikdə, həm dadlı, həm də faydalı bir içki ola bilər. Ancaq onun tərkibindəki az miqdarda alkoqol, bəzi insanlar üçün məhdudlaşdırıcı faktor ola bilər. Əgər dini və tibbi baxımdan əmin deyilsənsə, evdə alkoqolsuz alternativlərə üstünlük verməyin daha məqsədəuyğundur. Lakin təbii üsulla, ev şəraitində hazırlanan kvas, sənin öz sağlamlıq və həyat tərzinə uyğunlaşdırıla bilər.
Süheylə Məhərrəmova
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva