Dünyanın ən güclü dörd boksçusu kimdi - Taysonun siyahısı 

Dünya şöhrətli boksçu Mayk Tayson boks tarixindəki dünyanın dörd ən güclü boksçusunun adını çəkib. Onun siyahısında dördlükdə yer alanlar  “Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli, Corc Forman” dır. Maykl Taysonun bu fikirlərini məşhur – SecondsOut portalı yayımlayıb.

Qeyd edək ki, Dempsi 1913-1927-ci illər arasında 73 döyüş keçirib, 58 qələbə və 6 məğlubiyyət əldə edib. 1919-1926-cı illərdə super ağır çəkidə dünya çempionu olub.

Sonni Liston 1953-1970-ci illərdə 50 qələbə (39-u nokautla) və 4 məğlubiyyətlə döyüşüb. 1962-1964-cü illərdə super ağır çəkidə dünya çempionu olub.

Forman 81 döyüşdə 76 qələbə (68-i K.O.) və 5 məğlubiyyət əldə edib. 45 yaşında, 1994-cü ildə WBA və IBF versiyalarında dünya çempionu olub.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)