
Jurnalistika fakültəsini bitirdikdən sonra təxminən üç il işsiz qaldım, atamın bəzi dostları məni işə düzəldəcəkləri barədə vəd versələr də, vədlərinə əməl etmədilər. Jurnalist olmaq istəyən bir gənc üçün iş tapa bilməmək çox çətin bir haldır. Bunu yaşamışam. Düzdür, işsiz qaldığım dövrlərdə Azərbaycan radiosunda Tahir Talıblının baş redaktoru olduğu xalq yaradıcılığı redaksiyası, Əlirza Xələflinin "Kredo" qəzeti ilə əməkdaşlıq edirdim, "Şərqin səsi"ndə, "Son söz", "Borçalı" qəzetlərində yazılarım çıxırdı, ara-sıra "Azərbaycan" və "Yeni Azərbaycan" da yazılarımı verirdi.
Amma işləmək istəyirdim, bir yerdə daimi fəaliyyət göstərmək niyyətində idim. O ağır dövrlərdə əlimdən tutan insanlardan biri mənəvi ustadım professor Məhərrəm Qasımlı oldu, o, mənə təsisçisi və baş redaktoru olduğu "Folklor və Etnoqrafiya" jurnalında kiçik bir iş verdi, öz maşından mənə cüzi miqdarda da olsa maaş verdi.
Məhərrəm müəllim hər zaman mənə mənəvi dayaq durdu. Atamın yaxın dostu, əziz əmim Rafiq Hümbətin köməkliyi ilə ö dövrün çox populyar qəzeti olan "Hürriyyət"də mədəniyyət yazarı kimi fəaliyyət göstərdim.
Onda özünü mənə "yaxın" sayanların əksəriyyətinin mənəvi hücumuna məruz qaldım, onlar deyirdilər ki, sən niyə müxalifət mətbuatında işləyirsən? İrad tuturdular. O illərdə də ən etibarlı dayağım Məhərrəm müəllim oldu, dedi ki, heç kəsə fikir vermə, öyrən, qələmini inkişaf etdir, öz üzərində çalış, heç bir irad, tənqid səni ruhdan salmasın, istedadın var, üzərində işləməsən istedadın da batıb gedər, çünki nə qədər istedadlı adam onları ruhdan salanların ucbatından qələmi yerə qoyublar. Demək istəyirəm ki, professor Məhərrəm Qasımlı mənə hər zaman mənəvi dəstək göstərdi. 2005-ci ilin yanvarından isə taleyimi "Bakı-Xəbər" qəzetinə bağladım.
Ustadım Aydın Quliyevin möhtəşəm məktəbinin bir tələbəsi olaraq 20-ci ildir ki, doğma "Bakı-Xəbər"dəyəm, yenə də Məhərrəm müəllimin mənəvi dəstəyi kəsilmədi. Diqqət çəkən yazım olanda oxucu kimi təşəkkür etdi, tövsiyyələrini yenə də məndən əskik etmədi. Bir jurnalist kimi yetişməyimdə şübhəsiz Aydın Quliyevin böyük əməyi, mənəvi cəhətdən güclü olmağımda isə atam Kövrək Muradın, ailəmin böyük rolu var. Burada Məhərrəm müəllimin də payı az deyil. Adam bir az tanınanda, bir-iki oxucusu olanda ona sahib duranlar çox olur. Mənim istedadıma o illərdə dayaq olanlar elə də çox olmayıb. Mənim yetişməyimdə əməyi olanları yada salmaqla bir daha öz vəfa borcumu yerinə yetirmiş oldum.
Əlbəttə, mənim Baklıya gəlməyim, təhsil almağım, uşaqlıqdan sevdiyim, ən böyük sevgim olan jurnalist sənətinə yiyələnməyim üçün ən böyük zəhməti atam Kövrək Murad çəkib. Mənim həyatda ən böyük mənəvi dayağım atam və ailəmdir, Məhərrəm müəllim kimi böyük ziyalılardır.
Bu gün mənəvi müəllimim Məhərrəm Qasımlının ad günüdür, onu bir daha təbrik edirəm və cansağlığı arzu edirəm... Özünə zəng vurub təbrik etdim və onu təbrik edən hər kəsə öz təşəkkürünü bildirdi.
İradə Sarıyeva
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva