
Dualar havada parçalandı
Allah(c.c) dedi: birlikdə namaz qılın,cəm dua edin,daha tez qəbul olar, insanlar cəm olub barda-kafedə zina etdilər,cəm olub qeybət etdilər,cəm olub haramlıqlar etdilər.Həcc ziyarəti axirət üçün deyil,dünya üçün olundu,”Hacılar”sələm yedi.Xəstələr,zəiflər,fəqirlər unuduldu,xəstə ziyarəti Allah üçün deyil,reklam üçün olundu, kasıbların heysiyyəti tapdalandi,zəiflərin izzəti təhqir olundu,varlıya varına görə hörmət qoyuldu, şər və böhtan həqiqət kimi təqdim olundu,ədalət orqanlarında ədalətsiz hökmlər çıxarıldı, rüşvət vazkeçilməz bir adət halını aldı,haqlar yeyildi,talelər məhv oldu,evlər yıxıldı,canlara qəsd olundu.
Allah dedi:"Yetimin haqqını verin!"
Yetim qalan uşaqlar uşaqlar evinə verildi,qardaş qardaşının mirasına göz dikdi.
Allah dedi:"Ailəsinin bir illik azuqəsini hazır etməyən Həc ziyarətinə gəlməsin.İnsanlar ailəsinin haqqını cəmiyyətdə pozğunluq törədənlərə yedirdi,Həccə hər il göstəriş üçün getdi.
Və…bəla gəldi Yerdəki Adəm övladlarına.Adı tibbə məlum olmayan xəstəliklər,zəlzələlər,qasırğa və tufanlar,təbii fəlakətlər çoxaldı.
Müharibələr, kütləvi insan ölumləri dünyanı başına aldı.Amma yenə də birləşmədi Adəm övladları.Günahlar adi hal aldı,haram-halal seçilməz oldu.Tövbə unuduldu.Allahın göndərdiyi dinin yalnız adı qaldı.
İslamiyyəti yanlış yaşatdılar.Beyinlərə din pərdəsi altında şirk toxumu səpdilər.Və...Məscidlər də, Kəbə evi də bağlandı insanların üzünə "pandemiya" adı ilə.Bir-birindən aralandı,məsafəli qaldı insan.”Virtual” dualar çoxaldı,cəmləşə bilməyən dualar havada parçalandı, qırıq-qırıq səslər Göy üzündə eləcə asılı qaldı.Ərşə çatmadan üzünə çırpıldı insan övladlarının.
Ərşə çatmadı dualar.Çunki günah pərdəsi kəsdi duaların qarşısını..Burada İmam Əlinin bu sözü yada düşür: "Ya Rəbbi, dualarımızın qarşısını kəsən günahlarımızı bağısla..."
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva