
Bir şagirdin nümunəvi yolu məsuliyyət, fəaliyyət və vətənə xidmət anlayışlarının vəhdətidir.Bu yol ailədən başlayır, məktəbdə formalaşır və cəmiyyətdə cilalanır.
Məktəbə qədəm qoyan hər bir uşaq zamanla öz xarakterini, dünyagörüşünü, dəyərlərini formalaşdırır. Şagirdin nümunəvi yolu həm şəxsiyyətin formalaşması, həm də gələcəyin təməli deməkdir.Məsuliyyət şagird uğurunun başlanğıcıdır.Bu hiss müəllim və valideynin birgə əməyi nəticəsində formalaşır.
Şagird məsuliyyəti sayəsində dərslərinə vaxtında hazırlaşır, müəllimin verdiyi tapşırıqları diqqətlə yerinə yetirir, məktəbin daxili nizam - intizam qaydalarına əməl edir.
Fəallıq şagirdin cəmiyyətdəki inkişaf yoludur .O fəaliyyəti ilə məktəbdə keçirilən tədbirlərdə aktiv iştirak edir, müxtəlif yarışlarda, müsabiqələrdə, layihələrdə öz bacarığını nümayiş etdirir,təşəbbüskarlıq göstərir eyni zamanda liderlik keyfiyyətlərini inkişaf etdirir.
Şagird təkcə sabahın rəhbəri, müəllimi, həkimi ,alimi deyil, o həm də vətənin uğurlu gələcəyidir. O , bu gün məktəbdə, ailədə, cəmiyyətdə nümunə göstərilirsə, sabah davranışı, danışığı, əxlaqı və münasibəti ilə hər kəsə örnək olacaq. Özünü bu cür tərbiyə etməlidir.
Şagirdlərdə vətən sevgisi sabahın zəfəridir. Çünki bu gün məktəbdə vətənə bağlılıqla böyüyən bir uşaq, sabah xalqının şərəfini uca tutacaq, dövlətini qoruyacaq, mədəniyyətini yaşadacaq bir vətəndaşa çevriləcək.
Vətən sevgisi bir xalqın gələcəyini müəyyən edən ən güclü mənəvi silahdır.Bu ruhunda böyüyən hər bir şagird vətənə xidmət edən bir qəhrəmandır.
44 günlük Vətən savaşında biz bu həqiqəti bir daha gördük. Hər bir igid qəhrəman bir zamanlar məktəbə gedən, müəlliminin şəhidlərdən danışdığına qulaq asan bir şagird olmuşdu. Onların qəlbində ucalan vətən sevgisi, sabahın qələbəsini gətirdi.
Qururla deyə bilərik ki, vətənə xidmət böyük başlanğıcların kiçik addımlarla atıldığı yoldur. Sabaha aparan bu yol üç dəyərin üzərində qurulur: məsuliyyət, fəaliyyət, vətənə xidmət.
Samirə Adəm
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva