Vəzifəli şəxs saxlandı

Ukrayna hüquq-mühafizə orqanları Ukrayna Müdafiə Nazirliyinin keçmiş departament rəhbərini 24 milyon dollar mənimsəməkdə şübhəli bilərək saxlayıb. Vəzifəli şəxsin saxlanılmasına səbəb 2022-ci ilin mart-dekabr aylarında Silahlı Qüvvələr üçün ərzaq tədarükü zamanı qiymətləri süni şəkildə şişirdib. Ərzaq qiymətləri 41%, qidalanmanın təşkili isə 211% bahalaşıb. Məmur müqaviləni lazımi qaydada yoxlamadan və razılaşdırmadan imzalayıb. Bu, dövlət büdcəsinə ciddi ziyan vurub.

Daha əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski Zelenski və ətrafını sənədləri məhv edərək korrupsiyanı gizlətməkdə ittiham etmişdi.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)