
Azərbaycanda uzun müddətdir ailəsi ilə birlikdə yaşayan və oturum hüququ əldə edən Türkiyə vətəndaşı Ertoğrul Akdemir kiber dələduzluqla məşğul olduğu üçün saxlanılıb. O, ölkədə fəaliyyət göstərən bir neçə bankın adından saxta sosial media profilləri yaradaraq istifadəçiləri aldadıb.
Məlumata görə, həmin profillərdə bankların guya xüsusi kampaniyalar keçirdiyi və bahalı hədiyyələrin təqdim olunduğu barədə elanlar paylaşılıb. Aldadıcı elanlara inanan vətəndaşlar öz kart məlumatlarını paylaşdıqdan sonra pulları mənimsənilib.
Mütəxəssislər bildirir ki, son dövrlərdə bu kimi kiber dələduzluq halları artmaqdadır. Sosial şəbəkələr və digər rəqəmsal platformalarda real bank və ya qurum adı ilə yaradılan profillərlə vətəndaşların etimadı qazanılır, daha sonra isə onların maliyyə məlumatları ələ keçirilir.
Hüquq-mühafizə orqanları vətəndaşları bu cür fırıldaqçılıq halları ilə bağlı diqqətli olmağa, şübhəli bağlantılara daxil olmamağa və şəxsi məlumatlarını paylaşmamağa çağırır.
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva