
Tanınmış idmançı, ikiqat Avropa çempionu Tərlan Əliyev Yenifikir.media-nın suallarını cavablandırıb. Həmin müsahibəni olduğu kimi təqdim edirik:
– Bodibildinqdə keçdiyiniz yol haqqında bizə məlumat verin. Karyeranız üçün başlanğıc nöqtə nə idi?
– Uşaq vaxtı, 13 yaşımda evdə qantellərlə məşq etməyə başladım. Sonra zala gedərək məşqləri davam etdirdim.
– Bodibildinqə başladığınız zaman əsas məqsədləriniz və motivasiyanız nə idi?
– Məqsədim gözəl əzələ quruluşuna sahib olmaq idi.
– Çempion olmaq necə hissdir? Bildiyimiz qədər, Azərbaycanda 27 aprel 2025-ci ildə keçirilən “Bodibildinq və Fitness” üzrə yarışda 1-ci, Barselona şəhərində keçirilən “Men's Physique” yarışında isə ikiqat Avropa çempionu olaraq birinciliyi qazandınız. Qalib gələndə özünüzü necə hiss edirsiniz?
– Çempion olmaq əla hissdir. Xüsusən də Avropada ölkəmin bayrağını dalğalandırmaq və dövlət himnini səsləndirmək böyük qürur hissidir. Avropada keçirilən “Junior Men's Physique” və “Men's Physique” yarışlarında bir gündə iki birincilik qazandım.
– Məşqlərinizi necə planlaşdırırsınız? Ən yaxşı nəticələrə nail olmaq üçün müntəzəmlik və intensivlik nə qədər vacibdir?
– Böyümə, quruma və istirahət dövrlərinə görə məşqlər hər dəfə fərqli olur. Zamandan asılı olaraq dəyişir. Standart bir plan yoxdur.
– Qidalanma prinsipləriniz nələrdir? Bodibildinq üçün pəhriz nə qədər vacibdir?
– Qidalanma prinsipi də əvvəl qeyd etdiyim kimi dövrlərə görə dəyişir. Yarışa yaxın aylarda isə daha ciddi olur.
– Hansı idman əlavələrindən istifadə edirsiniz və niyə?
– Çox istifadə etmirəm və buna ehtiyac duymuram. Zülal və karbohidratı əsasən qidalardan qarşılayıram.
– Yarışlar zamanı psixoloji təzyiqlə necə mübarizə aparırsınız? Belə hallar çox olurmu?
– Yarışa hazırlıq və son günlər çox çətin keçir. Hər dəfə birinci olan atlet zirvədə qalmaq üçün işinə daha çox məsuliyyətlə yanaşmalıdır. Bu da psixoloji təzyiq və stressin yaranmasına səbəb olur.
– Sizcə, motivasiya və özünə inamı qoruyub saxlamağın açarı nədir?
– Motivasiya keçicidir. Məncə əsas disiplin və məqsəddir. Motivasiya bu gün var, sabah yox ola bilər. Ona görə məqsəd qoyub disiplinli şəkildə davam etmək lazımdır.
– Uğurlu bodibilder olmaq üçün hansı keyfiyyətlər vacibdir?
– Mükəmməl genetikaya sahib olmaqla yanaşı, bilik də olmalıdır. Öyrəndiyimiz bilgiləri öz üzərimizdə düzgün tətbiq etməliyik.
– Bodibildinqə yeni başlayanlara nə məsləhət görürsünüz?
– Bodibildinq bu işin professional tərəfidir. Fitnesə yeni başlayanlara isə bacarıqlı və savadlı müəllimlərlə işləməyi tövsiyə edirəm.
– Bodibildinqdə nəyi dəyişmək istərdiniz?
– Heç nəyi dəyişməzdim.
– Gələcək üçün planlarınız nələrdir?
– Noyabr ayında dünya çempionatı keçiriləcək. Ora maksimum hazırlıqlı gedib bayrağımızı dalğalandırmaq istəyirəm.
– Bir neçə ildən sonra özünüzü harada və necə görürsünüz?
– Bir neçə ildən sonra özümü Azərbaycanın ən güclü “Men's Physique” atleti kimi görürəm.
– Bizə ayırdığınız vaxta görə təşəkkür edirik. Uğurlarınız bol olsun.
– Mən də sizə təşəkkür edirəm. Yeni açılan saytınıza da uğurlar arzulayıram.
Süheylə Məhərrəmova
Yenifikir.media
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva