Məşhur futbolçu klubsuz qalıb

"Fenerbahçe” və “Qalatasaray”ın sabiq futbolçusu Tolga Ciğerci hazırda klubsuzdur. Transfer pəncərəsi ərzində heç bir komandadan təklif almayan təcrübəli yarımmüdafiəçi karyerasını davam etdirmək üçün yeni komanda axtarır.

Qeyd edək ki, Super Liqadakı ilk addımlarını “Qalatasaray”da atan Ciğerci daha sonra “Fenerbahçe”yə keçmiş, ardınca isə Anadolu klublarının heyətində çıxış etmişdi. Lakin bir zamanlar diqqət mərkəzində olan futbolçunun bu gün klubsuz qalması idman ictimaiyyətində təəssüf doğurur.

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)