Yıldız Tilbe əsəbləşdi -" İnsanları səhifəmdən çıxmağa dəvət edirəm."

Tanınmış türk müğənnisi Yıldız Tilbe bir neçə gün əvvəl sosial şəbəkədə paylaşdığı “Yanmış mıyım?” postu ilə müzakirələrə səbəb olub. İzləyicilərdən bəziləri onun bu sözlərlə ölkədə baş verən yanğınlara işarə etdiyini iddia ediblər. Gələn reaksiyalardan sonra müğənni açıqlama verərək paylaşımının yanlış başa düşüldüyünü bildirib.

"MƏNİ VƏTƏN XAİNİ ELAN ETDİLƏR"

Yıldız Tilbe açıqlamasında deyib: "Sevmədiyim birini izləyib şərh yazmaram. Əgər səhifəmdən çıxa bilmirsinizsə, deməli məni sevirsiniz? Sadəcə bu postu 'yanmış mıyım' deyə paylaşdığım üçün yanğınlarla əlaqələndirilib vətən xaini elan edildim. Mən olsam, sevmədiyim birini izləməz, haqqında şərh belə yazmazdım. Məni xoşlanmayan, məni görmək və ya oxumaq istəməyən, şərəf və ləyaqət  sahibi olan insanları səhifəmdən çıxmağa dəvət edirəm."

Yenifikir.media


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)