
İsrafçılıq zərərli vərdişdir. Bir şeyi həddindən əskik yaxud artıq istifadə etməyə israf deyilir. Quranda buyurulur ki, Allah israf edənləri sevməz. Hətta yaxşı işlərdə də israf etmək olmaz, başqalarına pis nümunə olmaq, sosial tarazlığı pozmaq, iqtisadi nizama xələl gətirmək çox zaman israfdan doğur. Hətta dəstəmaz alanda suyu həddən artıq istifadə etmək dində məkruh sayılır. Doyandan artıq yemək israf olduğu üçün məkruhdur. Allah təalanın əmrlərindəndir ki, həddi aşmayın, Allah həddi aşanları da sevməz...
Hər şeydə həddi gözləmək dinin tələbidir. İstər danışıqda, söhbətdə, istər yeməkdə, istər xərcləməkdə həddi aşmaq olmaz. Böyük müsəlman sosioloqu İbn Xaldun deyirdi ki, insanları aclıq öldürmür, əvvəlcə öyrəşdikləri toxluq həsrəti öldürür. Günümüzdə israf əsasən yeməklə bağlıdır. Ehsanın özündə də israf etmək olmaz. Adamlar israfçı həyata öyrəşir, sonra qıtlığa düşən kimi sarsılırlar. Allahın nemətlərinin qədrini bilməyin meyarı israf etməməkdir. Paltar alanda, yemək yeyəndə, söz danışanda da israf olmaz. Həzrət Muhəmməd Peyğəmbər buyurur ki, söz də su kimidir, israf etmək haramdır. Kəlamı, şeiri, dəyərli sözləri də nə həddən artıq qıt, nə də həddən artıq çox danışmaq, sərf edib dəyərdən-urvatdan salmaq olmaz.
Hər şey yerində və qədərində dəyərli və qiymətlidir.
Tural İrfan
İlahiyyatçı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva