Taffarel fənərbaxçalıları əsəbləşdirdi - "Qalatasaray həmişə ən yaxşı olub"

Qalatasarayın sabiq qapıçısı və hazırda klubda çalışan Taffarel Fənərbaxçalıların narazılığına səbəb olan açıqlamalar verib. O, Mançester Sitidən Fənərbaxçaya transfer olunan Edersonla bağlı “Əgər imkanım olsaydı, ona Qalatasaraya getməsini məsləhət görərdim” deyib.

Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki,Taffarel həmçinin Fred haqqında da danışaraq qeyd edib: “Fredə Qalatasaraya get dedim, amma o, Fənərbaxçanı seçdi. İndiyədək heç bir uğur qazana bilməyib. Fənərbaxça böyük klubdur, amma Qalatasaray həmişə ən yaxşı olub.”


© Yenifikir.media - Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)