
ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında Çin lideri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modinin birgə fotosunu paylaşıb.
Yenifikir.media bildirir ki, Tramp paylaşımında Hindistan, Rusiya və Çin arasında son vaxtlar artan yaxınlaşmanı nəzərə alıb yazıb: “Görünür, Hindistan və Rusiyanı ən qaranlıq və dərin Çinə itirdik. Onlara uzun və firavan gələcək arzulayıram.”
Sentyabrın 2-də verdiyi müsahibədə isə Tramp Rusiya-Çin tərəfdaşlığından narahat olmadığını vurğulayıb: “ABŞ dünyanın ən güclü ordusuna sahibdir. Onların bu gücü bizə qarşı işlətməsi edə biləcəkləri ən böyük səhv olar.”
Qeyd edək ki, iyulda Tramp Hindistanın Rusiya nefti almasına görə bu ölkədən idxala əlavə 25 faiz rüsum tətbiq etmiş, nəticədə iki ölkə arasında gərginlik yaranmışdı.
Son günlərdə Si Cinpinin Putin və Modi ilə görüşləri isə Asiyada diplomatik balansın Pekinin xeyrinə dəyişdiyi barədə fikirləri gücləndirib.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva