
Çin Sosial Elmlər Akademiyasından gələn heyət Ədəbiyyat İnstitutunun qonağı olub. Bu ba əgər yenifikir.media - ya Elmlər Akademiyasından məlumat verilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çindən gəlmiş alimlərlə görüş keçirilib. Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini, professor Çzin Çje, eyni zamanda Mərkəzi Asiya və Qafqaz Tədqiqatları şöbəsinin müdiri, dr. Zhang Ning, həmin institutun əməkdaşları dr. Jiang Jing, Lyu Çang və Sun Danmen Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Tədqiqatları mərkəzində olublar.
Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qonaqlara İnstitutun tarixi, əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Mehman Həsənli çıxışında Azərbaycan və Çin arasındakı yüksək siyasi münasibətlərin olduğunu və bu münasibətlərin elmi əlaqələrin inkişafına da böyük perspektivlər açdığını vurğulayıb. Ədəbiyyat İnstitutunda 2015-ci ildən Çin Tədqiqatları mərkəzinin fəaliyyət göstərdiyini və bu mərkəzdə Çin dilinin tədris edildiyini və qarşılıqlı elmi əlaqələrin dissertasiya və plan işləri miqyasında araşdırıldığını diqqətə çatdırıb.
Çinin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini, professor Çzin Çje Ədəbiyyat İnstitutunda Çinlə qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində görülən işlərdən məmnunluğunu bildirib və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova, kordinatoru Nərgiz Kərimova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin digər əməkdaşları da iştirak və çıxış ediblər.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva