
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə hələ danışmayıb, amma dialoqa həmişə olduğu kimi, indir də açıqdır. O, Ukrayna ilə danışıqlara hazır olduqlarını vurğulayaraq Zelenskiyə müraciət edib: “Zirvə üçün ən yaxşı yer Moskva olacaq, gəlin.”
Putin əlavə edib ki, Zelenski Moskvaya gəlsə, onun təhlükəsizliyi təmin olunacaq.
Yenifikir.media bildirir ki, Fransa Prezidenti Emmanuel Makronun “26 ölkə Ukraynaya müharibədən sonrakı təhlükəsizlik zəmanəti verəcək” bəyanatına cavab olaraq isə Putin xəbərdarlıq edib: “Ukraynada yerləşdiriləcək hər bir Qərb əsgəri Moskva üçün legitim hədəf olacaq.”
Putin həmçinin Ukraynanın NATO-ya qoşulmasının mümkün olmadığını, lakin Aİ-yə üzvlüyünün onun qanuni haqqı olduğunu qeyd edib.
Makron isə bildirib ki, 26 ölkə Ukraynaya qoşun göndərməyi öhdəsinə götürüb, lakin bu qüvvələr döyüş cəbhəsinə deyil, yeni hücumların qarşısını almaq üçün yerləşdiriləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski də bu addımı müsbət qarşılayaraq “Uzun fasilədən sonra ilk dəfə bu qədər ciddi və konkret addım atılıb” sözlərini işlədib.
📧 info@yenifikir.media
📞 +994 55 977 79 81 (WhatsApp)
Son Xəbərlər
Putin: “Xarici birliklər Ukraynada yerləşərsə, legitim hədəf sayılacaq”
Hakan Fidan Ankarada rəsmi görüşlər keçirib
Putin: “Sanksiyalar şəraitində Energetika və Yanacaq Sənayesi üçün mühərriklər hazırlanıb”
Putin: “Ukraynanın Aİ üzvlüyünə qarşı deyilik, amma NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə ziddir”
Türkiyə – İspaniya oyununu Maykl Oliver idarə edəcək
Zelenski: “Slovakiya Ukraynanın Aİ yolunu dəstəkləyir”
“İsraf – Hər şeydə həddi aşmaqdır” – İlahiyyatçı Tural İrfan
“Məktəblərdə telefon istifadəsi təhsilə zərər vurur” – Sosioloq Sədaqət Əliyeva